Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 20 noyabr 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan Qızlar Liseyi və Naxçıvan şəhər 6, 7, 8 və 9 nömrəli tam orta məktəblər üzrə 20 şagirdin iştirak etdiyi növbəti açıq dərs keçirilmişdir.
Muzeyin əməkdaşı Tamara Novruzova bildirmişdir ki, Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnək dərsdir. Onların qəhrəmanlığı bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün ən yaxşı nümunədir. Azərbaycan xalqı mübariz və igid xalqdır. Torpaq uğrunda gedən döyüşlərdə şücaətlə qəhrəmanlıq göstərmiş mərd oğullardan 215-i Milli Qəhrəman adına layiq görülmüşdür. Milli Qəhrəmanlarımızdan 8-i naxçıvanlıdır. Torpaq uğrunda Azərbaycan tarixi təkcə oğullarımız deyil, qəhrəman qadınlarımız da şücaəti ilə zəngindir. Həmin qadınlardan Əsgərova Gültəkin Məlik qızı, Əsgərova Salatın Əziz qızının adınl çəkə bilərik.Qəhrəmanlarımız şəhidlikləriylə, tarixin ən şərəfli səhifəsində yer alıblar. Onlar şəhidlik zirvəsinə ucalmaqla torpaqlarıımızı qanlarıyla yuyub daha da müqəddəsləşdirdilər. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlər heç zaman unudulmur və yaddan çıxmır.
Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında geniş məlumat verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi