Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi 21 noyabr 2020-ci il tarixdə Naxçıvan Biznes Mərkəzində ekskursiyada olub.
Mərkəzin bələdçisi tərəfindən Naxçıvan Biznes Mərkəzində nümayiş olunan yerli məhsullardan nümunələr haqqında Şəhər Təhsil Şöbəsinin kollektivinə geniş məlumat verilib.
Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qayğının nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi xeyli artıb, qəbul edilən Dövlət Proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhvəsini verib. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub. Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişaf səviyyəsinin əyani göstəricisidir.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları mərkəzdə nümayiş olunan muxtar respublikanın iri özəl sektor təmsilçilərindən “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Araz” Açıq Səhmdar Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı, bir sıra digər orta və kiçik biznes qurumlarının məhsulları ilə tanış olublar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi