• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1621
mod_vvisit_counterDünən3416
mod_vvisit_counterBu həftə8579
mod_vvisit_counterBu ay1621
mod_vvisit_counterÜmumi2830780

Tarix: 01 Noy., 2024

“Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir

25 noyabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində də yeni vəzifələr müəyyənləşdirmişdir.

Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri tətbiq edilir.

Təhsil naziri bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılır.         STEAM şagirdlərə beş sahənin - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan təhsildir. STEAM təlimlərində şagirdlərə robotexnika,        3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədiləcəkdir.

Rəhman Məmmədov qeyd edib ki, dünya təhsil sistemində STEAM metodları mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. Məqsəd şagirdlərin düşüncə qabiliyyətini inkişaf etdirmək və əldə olunmuş biliklərin təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi sahələrdə səmərəli tətbiqinə nail olmaqdır. Təlimin ilk aylarından etibarən şagirdlər robotlar yaratmağı, mikrobitlərlə işləməyi, onları proqramlaşdırmağı, maketləri 3D printerlərdə çap etməyi öyrənəcəklər. Təhsil müəssisələrində tətbiq edilən STEAM tədris metodu gələcəyin mükəmməl dizaynerlərinin, proqramçılarının, mühəndislərinin, texnoloqlarının, müəllimlərinin, həkimlərinin yetişməsinə öz töhfəsini verəcəkdir.

Təhsil naziri bildirmişdir ki, noyabrın 11-də Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində ilk STEAM kabinəsi yaradılaraq istifadəyə verilmişdir. 2020-2021-ci tədris ilində əlavə pilot layihə olaraq muxtar respublikanın 12 məktəbində STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzinin yaradılması, 6 və 7-ci siniflərdə Texnologiya fənni hesabına həftədə 1 saat STEAM dərslərinin tədrisi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsait hazırlanmışdır. Müəllim hazırlığı istiqamətində isə müvafiq təlimlər təşkil ediləcəkdir.

Təhsil naziri Rəhman Məmmədov muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqi üçün yaratdığı əlverişli şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.

Təhsil Nazirliyi Aparatının Şöbə müdiri Abdulla Əsgərov, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin Robotexnika və STEAM dərnəyinin rəhbəri Türkanə Hüseynova muxtar respublikamızda təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafından, STEAM təhsilin yeni təhsil fenomeni kimi məktəblərdə və məktəbdənkənar təhsil müəssisəsində tətbiqinin əhəmiyyətindən danışıblar.

Sonra STEAM təhsil metodunun muxtar respublikada tətbiqinin slayd vasitəsilə təqdimatı olub.

Dərslərin STEAM əsaslı qurulması üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Təhsil Nazirliyinin təşəbbüsü ilə STEAM təhsilinin tədrisi məqsədi ilə pilot olaraq tətbiqi nəzərdə tutulan məktəblər də daxil olmaqla muxtar respublikada 28 məktəbdən 30 müəllim təlim keçmək üçün müəyyənləşdirilib. Həmin müəlimlərə bu gündən etibarən 1 ay müddətində təlimlər keçiriləcəkdir. Təlimlərin təşkil olunmasında məqsəd müəllimlərdə STEAM dərslərini tədris etmək bacarığını formalaşdırmaqdır. Təlimlər  zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədiləcəkdir.  Təlimi uğurla başa vuran müəllimlər Təhsil Nazirliyi tərəfindən STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatla təmin ediləcəkdir. Gələcəkdə də beynəlxalq təlimçilərin muxtar respublikaya dəvət olunması, həmçinin muxtar respublikada fərqlənən müəllimlərin beynəlxalq təlimlərə cəlb olunması istiqamətində işlər görüləcəkdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg