Noyabrın 26-da Sədərək kənd 1 nömrəli tam orta məktəbdə Uşaq-Gənclər İdman Məktəbi və Tennis İdman Kulubunun şagirdləri arasında yoldaşlıq görüşü keçirilib. Görüşün keçirilməsində məqsəd məktəblilər arasında tennis idman növünün kütləviliyinə nail olmaq və şagirdlər arasında stolüstü tennis üzrə yoldaşlıq görüşlərinin, yarışların təşkil edilməsi ilə onları fəal idman həyatına cəlb etməkdən ibarət olub. Stolüstü tennis turniri Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gəclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Olimpiya sistemi üzrə (uduzan çıxır ) və şəxsi birincilik əsasında keçirilən görüşdə I yerə Uşaq-Gənclər İdman Məktəbinin üzvü Lalə Adınayev, II yerə Cansu Zeynalova, III yerə isə Tennis İdman Klubunun üzvü İnci Bağırova layiq görülüb.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanla təltif ediliblər.