• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1506
mod_vvisit_counterDünən963
mod_vvisit_counterBu həftə3519
mod_vvisit_counterBu ay17287
mod_vvisit_counterÜmumi2534103

Tarix: 15 May, 2024

“Sabahın tədqiqatçıları”: şagirdlər alimlərlə birlikdə cari tədris ilində də elmi tədqiqat aparacaqlar

Noyabrın 27-si Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Sabahın tədqiqatçıları” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, elektron lövhəli siniflərin, kompüter otaqlarının və fənn kabinələrinin yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan vermişdir.

Bildirilib ki, istər ümumtəhsil məktəblərində, istərsə də elm və ali təhsil müəssisələrində yaradılan yüksək tədris şəraitinin və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların yaradılması təhsildə bir sıra layihələrin, o cümlədən “Sabahın tədqiqatçıları” layihəsinin də tətbiqinə geniş imkan yaratmışdır.

“Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihə çərçivəsində ötən il görülən işlərdən danışan Təhsil naziri  vurğulayıb ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. 2019-2020-ci tədris ilində keçirilən layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə ümumilikdə 27 elmi rəhbərin və 50 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 30 layihə üzrə tədqiqatlar aparmışdır.

Sevindirici haldır ki, “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilmiş və 1-ci yerə layiq görülmüşdür. Məqalə elmi-praktik konfransın materiallarının toplandığı jurnalda dərc olunmuşdur. Onun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının”Qızıl kitab”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı Beynəlxalq müsabiqələrdə 2 layihə I yerə, 1 layihə II yerə, 3 layihə isə III yerə layiq görülmüşdür.

“Sabahın tədqiqatçıları” layihəsinin qısa müddət ərzində əldə etdiyi uğurlarla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən layihənin 1 illik fəaliyyətini özündə əks etdirən Albom-kataloq hazırlanmışdır.

Nazir qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilmiş, layihədə iştirak edəcək 50 şagird 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar ki, bu da şagirdlərin müstəqil axtarışlara cəlb edilməsinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına və inkişafına bir töhfə olacaqdır.

Təqdimatda AMEA Nax­çıvan Bölməsinin Sədri Akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, keçən dövr ərzində layihədələrdən 20-si beynəlxalq və respublika səviyyəli konfrans, tədbir və mətbuatda işıqlandırılmışdır. Hətta həmin layihələrdən 4-ü beynəlxalq və respublika əhəmiyyətli müsabiqə və tədbirlərdə uğur qazanmış, Qorxmaz Hüseynovun, Fizzə Məmmədovanın, Əfruz Nəsirovanın, Zülfiyyə İsmayılın rəhbərlik etdiyi layihələr müxtəlif medal, diplom, sertifikat və Fəxri Fərmanlara layiq görülmüşdür.

Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasının müdiri Qorxmaz Hüseynovun “AMEA Nax­çıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu alimlərinin “Sabahın tədqiqatçıları” layihəsinin reallaşdırılmasında rolu”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihənin uğurları haqqında, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılovun isə “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarının uğurları” mövzularında çıxışları dinlənilib.

Sonra “Sabahın tədqiqatçıları” layihəsinin 2019-2020-ci tədris ilində əldə etdiyi uğurların nəticələri əks olunmuş sərgiyə baxış keçirilib. Layihənin ötənilki fəaliyyətini özündə əks etdirən videoçarx izləndikdən sonra, şagirdlər tədqiqat işlərinə uyğun müxtəlif təcrübələr aparıb və tədqiqat işləri nümayiş olunub.

Tədbirin sonunda elmi rəhbərlərə və bütün iştirakçılara “Sabahın tədqiqatçıları” layihəsinin albom-kataloqu hədiyyə olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg