Noyabrın 28-də Naxçıvan Şəhər Şahmat Mərkəzində Tempo turnir keçirilib. Muxtar respublika şahmatçıları arasında keçirilən yarışın məqsədi şahmatın kütləviliyini təmin etməklə yanaşı bu idman növü üzrə azyaşlı şahmatçıların təcrübəsini artırmaqdır. Naxçıvan Şəhər Şahmat Mərkəzində hər ayın sonuncu həftəsinin şənbə günü ənənəvi olaraq keçirilən tempo turnirlərində beynəlxalq səviyyəli usta şahmatçılar, müəllimlər, şagirdlər qarşılaşır.
Maraqlı və gərgin keçən yarışda muxtar respublika üzrə 88 şahmatçı iştirak edib. Yarışın yekun nəticələrinə görə Pərviz Qasımov oyunun qalibi olub. ll yerə Talib Babayev, lll yerə isə Naxçıvan şəhər 10 nömrəli məktəbin 10-cu sinif şagirdi Sadiq Qarayev layiq görülüb.
Yarışın sonunda qaliblər diplomla mükafatlandırılıblar.