• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün575
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə7150
mod_vvisit_counterBu ay28556
mod_vvisit_counterÜmumi2969367

Tarix: 17 Yan., 2025

“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında məktəblilər 463 eksponat toplayıb

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.

Tədbiri Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov giriş sözü ilə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğısı sayəsində muxtar respublikada şagirdlərin keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün müasir təhsil şəraiti yaradılmışdır.

Yaradılmış şəraitin nəticəsidir ki, ümumtəhsill məktəblərində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muzeylərlə canlı bağlantılar yaradılır,  şagirdlərə muxtar respublikamızın qədim tarixi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri öyrədilir. Ötən tədris ilindən isə ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”nin tədrisinə başlanılıb. Bu da şagirdləri qədimliyi saxlanılmaqla müasirləşən Naxçıvanımız haqqında daha da dolğun məlumat toplamağa, eyni zamanda onları tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi araşdırmağa sövq edir.

Təhsil naziri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, tariximizin öyrənilməsi ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya keçirilmişdir. Aksiyanı keçirməkdə əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır.

Qeyd olunmuşdur ki, aksiya təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış, qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 463 eksponat müəllim və şagirdlərimiz tərəfindən toplanaraq bir araya gətirilmişdir. Bunlara toxuculuq məmulatları, məişət əşyaları,təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlaraiddir. Vurğulanmışdır ki, qısa müddətdə 463 eksponatın toplanaraq muzeylərə təqdim olunması ümumtəhsil məktəblərində zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı aparılan maarifləndirici tədbirlərin nəticəsidir.

Təhsil naziri bu aksiyanın 2020-2021-ci tədris ilində də davam etdiriləcəyini, ümumtəhsil məktəblərində maddi-mədəni irsimizin qorunması baxımından əhəmiyyətli tədbirlərin müntəzəm olaraq keçiriləcəyini bildirmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki, muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər təşkil olunur, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir. Bu ilin yanvar-noyabr ayları ərzində muzeylərdə məktəblilər üçün 10 interaktiv, 148 açıq dərs keçilmişdir. Mövcud vəziyyətlə bağlı olaraq, muxtar respublikanın muzeyləri aprel ayından etibarən onlayn fəaliyyətə keçmişdir. Bu müddət ərzində muzeylər tərəfindən onlayn ekskursiyalar təşkil edilmiş, sosial şəbəkələrdə milli mədəniyyətimizi, milli tariximizi təbliğ edən videomateriallar nümayiş etdirilmişdir. 2020-ci ilin yanvar ayından bu günə kimi muzeylərdə sosial şəbəkələr vasitəsilə 911 onlayn ekskursiya keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə də  onlayn ekskursiyalar təşkil edilmişdir.

Tədbirdə Kəngərli rayon Xok kənd tam orta məktəbinin direktoru Zal Rüstəmov məktəbdə yaradılan yüksək təhsil şəraitindən danışmış, qeyd etmişdir ki, müstəqillik ideyalarına sadiq, milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında ətraflı biliyə malik şagirdlərin yetişdirilməsi üçün tədris prosesində şagirdlərlə mədəni sərvətlərin qorunması və yaşadılması mövzularında maarifləndirici söhbətlər aparılır. Bunun nəticəsidir ki, aksiyada məktəbimiz muxtar respublikanın ümumtəhsil məktəbləri arasında fərqlənmişdir.

Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Ayla Allahverdiyeva aksiyanın onlarda böyük maraq doğurduğunu və asudə vaxtlarında axtarışda olaraq eksponatların toplanmasında həvəslə iştirak etdiklərini bildirmişdir.

Tədbirdə “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyadafəal iştirak edənlər  “Ən fəal Təhsil Şöbəsi”, “Ən fəal məktəb”, “Ən fəal müəllim”  və “Ən fəal şagird” nominasiyaları üzrə diplom və hədiyyə ilə mükafatlandırılıb.

Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Qədim maddi-mədəniyyət nümunələri, o cümlədən şəxsi kollegiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri pul nümunələri və digər tarixi əhəmiyyət daşıyan məmulatlar Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar RespublikasıTəhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg