• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün299
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1349
mod_vvisit_counterBu ay15117
mod_vvisit_counterÜmumi2531933

Tarix: 14 May, 2024

Sədərək RayonTəhsil Şöbəsinin əməkdaşları da iştirak edib.

Sədərək kənd 2 nömrəli tam orta məktəbin VII sinfində Coğrafiya fənnindən “Xarici amillərin relyefə təsiri” mövzusunda açıq dərs keçirilib.

Məktəbin Coğrafiya müəllimi Elman Dünyamalıyev tərəfindən keçirilən dərsdə şagirdlərə relyef formalarının xarici təsirlər nəticəsində aşınması haqqında məlumat verilərək bildirilib ki, endogen qüvvələrin təsiri ilə yaranan relyef formaları zaman keçdikcə xarici qüvvələrin - temperaturun, küləyin, səth və yeraltı suların, buzlaqların və s. təsirinə məruz qalaraq parçalanır. Onların fəaliyyətinə ekzogen proseslər deyilir. Ekzogen proseslər nəticəsində süxurlar aşınır.

Qeyd olunub ki, eroziyanın təsiri ilə Yer səthində müxtəlif relyef formaları yaranır. Yeraltı sular suda həll olunan süxurları yuyaraq boşluqlar, yəni mağaralar yaradır. Müəllim Azərbaycan mağaraları haqqında da məlumat verərək bildirib ki, Azərbaycanın ən böyük mağarası ötən günlərdə işğaldan azad olunan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarasıdır. Bundan başqa ölkəmizdə Zar, Tağlar, Qazma, Büzeyr və s. mağaraları da var.

Müəllim dərsdə interaktiv təlim metodlarından, istifadə etməklə dərsi müasir tələblər səviyyəsində qurmağı bacarıb. Yeni mövzu şagirdlərə çatdırıldıqdan sonra onları maraqlandıran suallar müəllim tərəfindən cavablandırılıb. Şagirdlərlə müəllim dərs ətrafında sual cavab ediblər.

Dərsin sonunda Sədərək Rayon Təhsil Şöbəsinin əməkdaşı Arzuman Abdullazadə bildirib ki, Sədərək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində 28 noyabr 2020-ci il tarixdən başlayaraq həftədə iki dəfə olmaqla fənnlər üzrə açıq dərslərin keçirilməsinə başlanılıb.

Açıq dərslərin keçirilməsində məqsəd şagirdlərin istedadlarını üzə çıxarmaq, müasir təlim metodlarının öyrənilməsi, elektron löhvə və kompüterdən istifadə bacaraqlarının təkminləşdirilməsindən ibarətdir.
Qeyd edilib ki, dekabr ayının sonunadək Fizika, Kimya, Biologiya, Azərbaycan dili və Riyaziyyat fənnləri üzrə açıq dərslərin keçirilməsi dəvam etdiriləcəkdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg