Heydər Əliyev Muzeyində 3 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir. Muzeyin əməkdaşı Məhərrəmova Əfsanə tərəfindən “Bayrağımız istiqlaliyyət salnaməmizdir” mövzusunda keçirilən açıq dərsdə bildirilmişdir ki, hər bir millətin bayrağı onun milli kimliyinin dilinin mədəniyyətinin, dini əxlaqının, bir sözlə onun milli idealogiyasının ifadəsidir.
Bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü, kimliyini görür. Bu mənada Azırbaycan Respublikasının üçrəngli bayrağı onun milli varlıq fəlsəfəsidir. Bu üçrəngli bayraqda Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır.Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış dövlətçilik atributlarından biridir. Dərsdə şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılmışdır. Sonda şagirdlərə muzeyin eksponantları haqqında geniş məlumat verilmişdir.
Heydər Əliyev Muzeyində
növbəti açıq dərs keçirilmişdir