Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi olub.
Müsabiqədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Məmmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişdir. Şərtlərə əsasən, 8 nömrəli tam orta məktəbin şagirdi Uğur Məmmədli I yerə, 1 nömrəli tam orta məktəbin şagirdi Bayram Tahirov, 5 nömrəli tam orta məktəbin şagirdi Asəf Babayev II yerə, 7 nömrəli tam orta məktəbin şagirdi Zəhra Səfərova, 10 nömrəli məktəbin şagirdi Məhərrəm Hümbətli, 16 nömrəli məktəbin şagirdləri Gülgül Məmmədova və Leyli Nəcəfova isə III yerə layiq görülüb. Qaliblər Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə təltif olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi