• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün282
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1332
mod_vvisit_counterBu ay15100
mod_vvisit_counterÜmumi2531916

Tarix: 14 May, 2024

Hərbi Kabinədə “Vətən və vətənpərvərlik” mövzusunda açıq dərs keçirilib

Dekabrın 9-da Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində “Vətən və vətənpərvərlik” mövzusunda açıq dərs keçirilib. Keçirilən açıq dərsdə Sədərək Rayon Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin əməkdaşkarı və II Qarabağ müharibəsinin iştirak edən Sədərək sakinləri  Murad Həsənov və Əmirxan Quliyev iştirak edib.

Məktəbin Hərbi rəhbəri Murad Əliyev keçirilən açıq dərsdə şagirdlərə bildirib ki,  Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir.  Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır. Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. Gələcəyimizin əmanət olunduğu gənclərə yalnız bilik, bacarıq və vərdişlər aşılanmır, həm də onları vətənpərvərlik ruhunda tərbiyə edirik. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu “Dədə-Qorqud”da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar.

Müəllim bildirib ki, Vətəni qorumaq hamımızın borcudur. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. İkinci Qarabağ müharibəsində canından, qanından keçən şəhidlərimiz də heç zaman unudulmayacaq. Rayonumuzun iki igid oğlu - kiçik çavuş Abdullazadə Tağı İlham oğlu və leytenant Nadirli Ərtoğrul Hümbət oğlu da vətən uğrunda gedən döyüşlərdə iştirak edərək şəhidlik mərtəbəsinə ucalıblar. Onlar bu torpaq uğrunda canlarını verən cəngavərlərdir. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq.

Dərsin sonunda II Qarabağ müharibəsinin iştirakçıları vətənpərvərlik haqqında şagirdlərlə söhbət aparıblar və şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg