• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün276
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1326
mod_vvisit_counterBu ay15094
mod_vvisit_counterÜmumi2531910

Tarix: 14 May, 2024

Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Muxtar respublika ümumtəhsil məktəbliləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı bir sıra müxtəlif müsabiqə və tədbirlər keçirilir. Belə tədbirlərdən biri də artıq ənənə halını alan muxtar respublika məktəblilərinin inşa yazı müsabiqəsidir. 11 dekabrın 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məktəblilərə məlumat verərək bildirib ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.

Şagirdlərin mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün onlara      2 saat vaxt verilib. İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə yazıblar.

Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq müsabiqədə I yerə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi Cəfərli Aysun Alik qızı, II yerə Ordubad rayon Vənənd kənd tam orta məktəbin IX sinif şagirdi Həsənova Həcər Həsən qızı, Naxçıvan Qarnizonu tam orta məktəbin X sinif şagirdi Məmmədova Xəyalə Kamil qızı, III yerə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi İbrahimova Samirə Məzahir qızı, Kəngərli rayonu Təzəkənd tam orta məktəbin XI sinif şagirdi Babayeva Nigar Vəsayib qızı, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdi Allahverdiyeva Nigar Babək qızı, həvəsləndirici yerlərə isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Babayeva İlkanə Rəşad qızı, Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbin  X sinif şagirdi Musayeva Jalə Seymur qızı və Culfa rayon Yaycı kənd tam orta məktəbin IX sinif şagirdi Babayeva Şeyda Abbas qızı layiq görülüb.

Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə təltif edilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg