• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün879
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1929
mod_vvisit_counterBu ay15697
mod_vvisit_counterÜmumi2532513

Tarix: 14 May, 2024

Ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Naxçıvan” sənədli filmi nümayiş olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üçün Naxçıvan Televiziyasının hazırladığı “Heydər Əliyev və Naxçıvan” sənədli filmi nümayiş olunub.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində nümayiş olunan filmdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən geniş bəhs olunur.

Filmdə diqqətə çatdırılır ki, otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Ümummilli lider Heydər Əliyev millətin və dövlətin taleyinə qüdrətli xilaskar rəhbər kimi daxil olaraq Azərbaycanda öz quruculuq tədbirləri ilə şərəfli bir tarix yazdı. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illər respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və tarixi nailiyyətlərlə zəngin olan bu uğurlu siyasətin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğu filmdə nümayiş olunur. Sovetlər Birliyi və müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının inkişafı, iri sənaye və istehsal müəssisələrinin qurulması, 1990-1993-cü illərdə qədim diyarın düşmən təcavüzündən qorunub saxlanmasında atılan addımlar diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarı, Nuh yurdu Naxçıvanın xilaskarıdır.

Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi mənalı həyat yolu ilə bir daha yaxından tanış olublar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg