• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün707
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1757
mod_vvisit_counterBu ay15525
mod_vvisit_counterÜmumi2532341

Tarix: 14 May, 2024

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayon birinciliyi keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin komandaları arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışda 10 yaşadək  şahmatçılar iştirak edib.

Şahmat məktəbində keçirilən yarış başlamazdan əvvəl Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Hacı Seyidov çıxış edərək, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, idman sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Yarışda ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb. Qeyd olunub ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, məktəbli şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirmək, məktəblilər arasından bacarıqlı və istedadlı şahmatçıları üzə çıxarmaq və onlar arasında şahmatı təbliğ və inkişaf etdirməkdən ibarətdir.

“Dairəvi” sistem ilə keçirilən yarışın qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib.      Yarışın yekun nəticələrinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin “Qarabağ” komandası I, həmin məktəbin “Vətən” komandası II, Qarabağlar kənd 1 №-li tam orta məktəbin “Müzəffər”  komandası isə III yerə layiq görülüb.

Şahmat yarışının qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar RespublikasıTəhsil

Nazirlinin Mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg