Naxçıvan Şəhər Təhsil Şöbəsi, Polis İdarəsi və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 16 və 1 nömrəli tam orta məktəblərin IX-XI sinif şagirdləri üçün maarifləndirici görüş keçirilmişdir.
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Türkan Məmmədova “Yetkinlik yaşına çatan şagirdlərin sağlam həyat tərzi, tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nigah və sosial şəbəkələrdən düzgün istifadə” mövzusunda təbliğat işinin aparılması, Təhsil Şöbəsinin metodisti Könül Mahmudova və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev isə oxunması zəruri olan kitabların mütaliəsi, milli-mənəvi dəyərlər, şagirdlərin vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarının səmərəli təşkili, idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, yarışlarda fəal iştirakları və qazanılan nailiyyətlər haqqında, eləcə də oxumağa həvəsi olmayan və çətin tərbiyə olunan şagirdlərlə söhbət apararaq müxtəlif peşələrə yiyələnməsi üçün peşə liseyinə cəlb edilməsi ilə bağlı ətraflı söhbətlər aparmışlar.