Təhsil Nazirliyində “Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrini əhatə edən interaktiv tədris üçün müvafiq avadanlıq və kompüter proqramının təqdim edilməsi layihəsi” çərçivəsində “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və nümayəndə heyəti ilə görüş olub. Görüşdə layihə üzərində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanının yaradılması məqsədilə müzakirələr və danışıqlar aparılıb.
Müzakirə zamanı Təhsil naziri muxtar respublikada təhsilə göstərilən qayğıdan və təhsil müəssisələrində yaradılan şərait barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, təklif olunan layihə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanını daha da təkmilləşdirəcəkdir.
Görüş zamanı “Huawei” şirkətinin nümayəndələri layihənin həyata keçirilməsi üçün şirkət tərəfindən artıq işlərin yekunlaşmaq üzrə olduğunu və yaxın gələcəkdə layihənin gerçəkləşməsi üçün zəruri addımların atıldığını bildirdilər.
Görüşün sonunda qonaqlara duzdan hazırlanmış tarixi abidələrimizi əks etdirən hədiyyələr təqdim edilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi