Kütləvi profilaktik müayinələrə Ordubad rayonunun Yuxarı Əylis kənd tam orta məktəbinin şagirdləri cəlb olunub.
Rayon Mərkəzi Xəstəxanasının pediatr, stomatoloq, cərrah-ortoped və digər ixtisaslı həkimlərdən ibarət heyəti məktəbin 61 şagirdini müayinədən keçirib. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.16 şagird dispanser qeydiyyatına alınıb.
Müayinələr dekabrın 31-dək davam etdiriləcək.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.