14 dekabr 2020-ci il tarixdə Culfa rayon Təhsil Şöbəsində 22 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Təhsil kursları"nın təşkilatçılığı ilə keçirilən IX-XI siniflər üçün blok imtahanlarının nəticələri müzakirə edilib.
Müzakirədən Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev müzakirədə şagirdlərin blok fənləri üzrə topladıqları balları, hansı fənn üzrə şagirdlərin zəif nəticə göstərdiklərini məktəb rəhbərlərinin diqqətinə çatdırıb. Hər bir məktəb rəhbərinə tapşırılıb ki, bu müzakirələr fənn müəllimləri və valideynlərin iştirakı ilə məktəblərdə də təşkil olunsun, 500-700 intervalında bal toplayan şagirdlər müəyyənləşdirilsin və istər kəmiyyət istərsə də keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün əlavə məşğələlər təşkil edilməklə bu tədris ilində yüksək nəticəyə nail olunsun. Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi bu il də ali və orta ixtisas təhsili müəssisələrinə şagirdlərin yüksək nəticələrlə qəbul olunması və onların fənlər üzrə zəifliklərinin aradan qaldırılması üçün maksimum səylər göstərilsin.