• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün128
mod_vvisit_counterDünən1220
mod_vvisit_counterBu həftə8618
mod_vvisit_counterBu ay28109
mod_vvisit_counterÜmumi2968920

Tarix: 17 Yan., 2025

Naxçıvan Dövlət Tarix Muzeyində növbəti açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 16 dekabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə Naxçıvan Qarnizonu tam orta məktəbi, Naxçıvan şəhər 13, 14, 15 və 16 nömrəli tam orta məktəblər üzrə ümumilikdə 15 şagird iştirak etmişdir.

Naxçıvan Qarnizonu tam orta məktəbinin tarix müəllimi Əsgərova Ceyhunə keçdiyi açıq dərsdə bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günüdür. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə, doğma torpağa bağlılıq, Azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil edir. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olmuşdur.

Açıq dərsdə vurğulanmışdır ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmiş tarixi qərar öz əhəmiyyətini 2001-ci il noyabrın  9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ilə bir daha göstərdi. Bu illər ərzində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində görülən işlərin təhlili onu göstərir ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan dövlətinin gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkə­lərdə həmrəylik gününün bayram kimi geniş qeyd edilməsi onu göstərir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xalqımızın birlik və həmrəylik hərəkatı artıq öz uğurlu nəticəsini verib.

Dünya azərbaycanlılarının həmrəyliyi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi və ulu öndərin bu arzusu həyata keçmişdir. 31 dekabr tarixinin ən mühüm qayəsi həm də ondan ibarətdir ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilmiş və ümummilli bayrama çevrilmişdir. Dövlət başçısının bu il dekabrın 24-də dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubunda deyildiyi kimi: “Dünyada yaşayan soydaşlarımızın Vətənə və Azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir”.

Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında geniş məlumat verilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg