• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün158
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə4308
mod_vvisit_counterBu ay35371
mod_vvisit_counterÜmumi2502636

Tarix: 24 Apr., 2024

“Yaradıcı həllərə doğru” olimpiadasında Naxçıvan məktəblisi yer tutub

16-17 dekabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA-Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” - “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib. Layihə ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə baş tutub.

Vebinarda muxtar respublikadan 10 müəllim və 3 şagird iştirak edib. Keçirilən vebinarda gənclərin innovasiya sahəsinə marağının artırılması və ideyalarının reallaşdırılmasına dəstək göstərilməsi istiqamətində muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində STEAM və robotexnika tədris metodunun tətbiqi və innovativ dərnəklərin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən videoçarx vasitəsilə ətraflı məlumat verilib.

Olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.  7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan 2 kateqoriya üzrə keçirilən olimpiadada Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin IV sinif şagirdləri Bağırlı Gülay Ramiz qızı və Qəmbərli Duyğu Elgün qızı və “Koronavirus pandemiyası: sual-cavab” mövzusunda maarifləndirici oyun dizaynı hazırlayaraq təqdim ediblər.

Olimpiadanın nəticəsinə görə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin IV sinif şagirdi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Qəmbərli Duyğu Elgün qızının “Koronavirus pandemiyası: sual-cavab” mövzusunda maarifləndirici oyun dizaynı sertifikata layiq görülüb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg