• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1254
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə11417
mod_vvisit_counterBu ay7478
mod_vvisit_counterÜmumi2524294

Tarix: 05 May, 2024

II və VI sinif dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələrə start verildi

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılmışdır.

Verilmiş tapşırığın icrası məqsədilə 2018-2019-cu tədris ilindən başlayaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin professor - müəllim heyəti ilə sonuncu kurs tələbələri və muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin birgə iştirakı ilə müzakirələr keçirilir. Qeyd edək ki, bu günədək I, V, IX və X siniflər üzrə ümumilikdə 43 dərslik müzakirə olunmuşdur. Dərsliklərin nəşrqabağı təkmilləşdirilməsinə dair irad və təkliflər əsasında 40 dərslik üçün 514 yekun rəy hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir. Onlardan da 90-ı yeni dərsliklərin nəşri zamanı nəzərə alınmışdır.

Prosesin davamı olaraq 2021-2022-ci tədris ili üçün yenidən nəşr olunacaq II və VI sinif dərsliklərinin müzakirəsinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi dərslik müzakirələrini ZOOM proqramı vasitəsilə qrafikə uyğun olaraq müxtəlif günlərdə onlayn qaydada keçirəcəkdir.

İlk olaraq dekabrın 17-də VI sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinin müzakirəsi keçirilib. Müzakirələrdə həmin ixtisaslar üzrə 50-dən çox muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyəti layihə dərsliklərlə bağlı irad və təkliflərini bildiriblər.

Müzakirənin nəticəsi olaraq irad və təkliflər Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhlil olunaraq yekun rəy hazırlanacaq və aidiyyəti üzrə təqdim olunacaqdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg