• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1147
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə11310
mod_vvisit_counterBu ay7371
mod_vvisit_counterÜmumi2524187

Tarix: 05 May, 2024

İnnovativ dərnəklər şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır

Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şəraitin yaradılmasında, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsində məktəbdənkənar təhsilin böyük rolu var. Hazırda muxtar respublikada 36 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələr müasir standartlara cavab verən ən yeni avadanlıqlarla zənginləşdirilib, uşaqların asudə vaxtlarında öz potensiallarını inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin yaradılması ilə bağlı verilmiş tapşırığa əsasən 2019-2020-ci tədris ilindən etibarən ötən müddət ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, ümumilikdə 30 innovativ dərnək yaradılmışdır. Qısa müddət ərzində bu dərnəklərin imkanlarından 1500-dən çox şagird yararlanmışdır.

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin diqqət və qayğısı sayəsində Culfa rayonunun Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turist Diyarşünaslıq mərkəzlərinin fəaliyyəti üçün müasir şərait yaradılmış, mərkəzlərdə innovativ dərnəklər şagirdlərin istifadəsinə verilmişdir.

Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs, Rəsm, Memarlıq-dizayn, Qum sənəti, Xalçaçılıq, Texniki Yaradıcılıq Mərkəzində Robotexnika və STEAM, Mental-Aritmetik, Bijuteriya, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Turist Diyarşünaslıq Mərkəzində isə Dulusçuluq, Heykəltaraşlıq, Bədii tikmə, Toxuculuq dərnəkləri olmaqla 15 innovativ dərnək yaradılmışdır. Ümumilikdə yaradılan yeni dərnəklər üçün 2 elektron lövhə, 16 kompüter, 10 robot dəsti, 5 hana və toxuma alətləri, boya və xüsusi kağızlar, 10 elektriklə yandırma aləti, hesablama alətləri, 5 elektrikli qum stolu, 20 dəst rəqs geyimi, 15 molbert, 12 heykəltaraşlıq və elektrikli dulusçuluq dəzgahları, müxtəlif materiallar, alətlər dəsti, elektrikli avadanlıqlar,müxtəlif rənglərdə ipək və sadə saplar, toxuma iplər, eləcə də lazım olan digər xammal və mebellər alınmışdır.

Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM dərnəyi yaradılmışdır. Bu dərnəkdə şagirdlərimizin dəqiqlik, analitik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək bacarıqları formalaşacaq, onlara robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, 3D printerlə işləmək, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir.

Şagirdlərin robototexnika sahəsində bilik və bacarıqlarını artırmaq, onları bu sahədəki yarış və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə yaradılan Robotexnika dərnəyində şagirdlərə məktəbdə alınmış biliklərin robotlar üzərində praktiki tətbiqi öyrədilir. Mühəndislik metodu ilə uşaqlara emalatxanada robotların qurulması, tədris otağında isə proqramlaşdırılması, onların hərəkət və dönmə üsulları öyrədilir, şagirdlər texnoloji innovasiyalara hazırlaşdırılır. Robotexnika dərnəyi uşaqlarda müasir biliklərə, yüksək texnologiyalara marağı artırmaqla yanaşı, bu dərnəkdə həmçinin şagirdlər dəqiqlik, analitik düşünmə, problem həlletmə, qərarvermə, komanda ilə işləmək kimi bacarıqlar, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı da əldə edə bilirlər. Bununla da uşaqlarda mühəndisliyə maraq yaranır, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmə bacarığı formalaşır, proqramlaşma üzrə bilikləri artır.

Şifahi hesablama bacarığı ilə yanaşı şagirddə özünə inam, özünü sərbəst ifadə etmə bacarığı formalaşdıran Mental-Aritmetik dərnəyində uşaqlara zehni və sürətli şifahi hesablama öyrədilir. Bu dərnəkdə uşaqlara hesab maşınından istifadə etmədən şifahi hesablama yolu ilə riyazi əməllərin cavablarını saniyələr içində düzgün tapmaq bacarığı formalaşır. Həmçinin Mental aritmetik dərnəyi şagirdlərdə riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın güclənməsini də formalaşdırır.

Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, estetik zövqünün formalaşmasında əvəszis rol oynayan Bijuteriya dərnəyində dərnək rəhbəri hazır alınmış müxtəlif rəngli muncuqlar, şəffaf və rəngli daşlar, rəngli ipək saplarla və digər materiallardan istifadə edərək boyun bağı, qolbağ, sırğalar, saç üçün aksesuarlar, yaxalıq nümunələrinin hazırlanma sirlərini dərnək üzvlərinə öyrədir.

Ağac üzərində oyma sənəti tətbiqi sənətin ən qədim, geniş yayılmış növlərindən biridir. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması tarixən mövcud olub. Ağac üzərində oyma dərnəyi uşaqlar tərəfindən sevilən dərnəklərdən biridir. Bu dərnəkdə uşaqlar ağac üzərində müxtəlif fiqurların oyulması, yonulması və kəsilməsi üsullarını öyrənirlər. İlkin məşğələlərdə dərnək üzvlərinə oyma alətləri və ağac materialları haqqında geniş məlumat verilir. Məşğələdə dərnək rəhbərinin köməyi ilə uşaqlar müxtəlif sənət nümunələrinin yaradılması sirlərini öyrənirlər.

İnsanın daş dövründən yandırmaq üçün tapdığı ilk vasitə ağacdır. Ağac üzərində yandırma incəsənət üslubu ilə isti qələmi ağac üzərində hərəkətə gətirməklə hər bir əsəri yaratmaq mümkündür. Ağacın yanması ilə rəsm canlanır. Bu rəsmləri yaratmaq üçün qalaylama vasitəsi, istilik, texnika, hava temperaturunu dəyişmək, surətdən istifadə etmək lazım gəlir. Belə ki, ağac üzərində qəhvəyi rəngdə bir tərkib yaranır, özünəməxsus gözəlliyi ilə seçilir və əbədi incəsənət əsəri yaranır. Ağac üzərində yandırma dərnəyinə uşaqlar çox böyük həvəslə gəlir və sevərək bu sənətin sirlərini öyrənirlər. Dərnəkdə ilkin olaraq dərnək üzvlərinə yandırmada istifadə olunan ağac materialları və alətləri haqqında məlumat verilir, dərnək üzvləri müxtəlif mövzularda əl işləri hazırlayırlar.

Qum sənəti dərnəyində uşaqlara işıqlanmış masa üzərində qumla müxtəlif təsvirlərin çəkilməsi öyrədilir ki, bu da uşaqların asudə vaxtlarında rəssamlıq sənətinin sirlərinə yiyələnmələrində böyük rol oynayır. Nəticədə şagird qumdan istifadə etməklə bir-birindən maraqlı təsvirləri çəkməyi öyrənir. Bu sənət növü ilə məşğul olmaq uşaqlara sağlamlıq cəhətdən də müsbət təsir göstərir. Bunun üçün təlim müddətində əvvəlcə uşaqlara qumla təsvirin çəkilmə qaydaları öyrədilir. Bununla da uşaqlar müxtəlif fotoşəkillərə baxaraq təsvirlər işlədikdən sonra növbəti dərslərdə öz fantaziyalarından istifadə edərək maraqlı kompozisiyalar işləyirlər.

Rəqs dərnəyinin əsas məqsədi milli rəqslərimizi daim qoruyub saxlamaq və unutdurmamaqdır. Rəqs dərnəyi vasitəsilə uşaqlara rəqs sənətinin əsasları öyrədilir. Rəqs fizik və məna şüurunu inkişaf etdirir, uşaqlara koordinasiya qurmağa kömək edir. Rəqs öyrənərkən təkrar məşqlər zehni çevikliyin inkişafına kömək edir. Rəqs dərnəyi uşaqlarda özünəhörmət, inam yaratmağa kömək edir. Bu, uşağın bir rəqs hərəkətini uğurla yerinə yetirdiyi zaman yaşadığı sevincin qarşılığında yaranır. Rəqs bir hərəkəti və ya hərəkətlər ardıcıllığını mənimsəmək üçün lazım olan təkrarlamada uşaqlara motivasiyanın dəyərini öyrədir. Əylənmək rəqsin çox vacib hissəsidir. Rəqs ifadəli hərəkəti təşviq edir, təxəyyül və emosional sərbəstliyi inkişaf etdirir və uşaqlara bütün maneələri aşaraq əylənməyi öyrədir.

Uşaqların xəyal dünyaları çox genişdir. Rəsm dərnəyi bizə uşaqların daxili aləmi haqqında çox mühüm məlumatlar verir. Rəsm uşaqlar üçün bir növ özünü ifadəetmə formasıdır. Rəsm çəkmək uşaq üzərində sağ və sol beynin birlikdə çalışması, diqqətinin mərkəzləşməsi və özünə inam hisslərinin formalaşması kimi bir çox müsbət yöndə təsirlər yaradır. Rəsm uşaqlar üçün anlama bacarığının və yaradıcı gücünün ortaya çıxarılmasına kömək edir. Uşağın istifadə etdiyi rənglər, çəkdiyi fiqurlar, onun iç dünyasının kağıza əks etdirilmə formasıdır. Rəsm çəkərkən uşaqların şüuraltı hissləri də ortaya çıxır. Beləliklə, uşağın şüur altında qalan istək, xəyal, qorxu, maraq kimi düşüncə və hissləri rəsm vasitəsilə xaricə yansıyır. Bunlarla bərabər rəsm çəkməyin əl motorikasını inkişaf etdirmə, yazı üçün əlləri möhkəmləndirmə, yaddaşı möhkəmləndirmə, səbirli olmaq və fikri bir yerə cəmləmək kimi faydaları da var.

Milli dəyərlərimizin, qədim el sənətinin bütün sirlərini və incəliklərini gənc nəsilə öyrətmək və yaşatmaqda Xalçaçılıq dərnəyi əsas rol oynayır. Qədim tarixi ənənələrə əsaslanan xalçaçılıq Azərbaycanın tətbiqi sənət növünün ən qədim sahələrindən biridir. Tarixi mənbələrdəki məlumata görə orta əsrlərdə Azərbaycan həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri olmuşdur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə olunan qiymətli əşyadır. Bu dərnəkdə uşaqlar rəngarəng saplardan ilmə-ilmə işlənərək ortaya çıxan milli ornamentlərin gözəlliyindən zövq alaraq çox böyük həvəslə bu qədim sənət növümüzü öyrənirlər.

Memarlıq-dizayn dərnəyi uşaqlarda mühəndislik bacarıqlarının formalaşmasına, onların düşüncə tərzləri əsasında ən son proqram təminatlarından istifadə etməklə müxtəlif müasir layihələrin hazırlanmasına geniş imkanlar açır.

Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Dulusçuluq dərnəyinin uşaqlar üçün faydası çoxdur. Uşaqlar gildən müxtəlif formalar düzəltməklə fərdi istedadlarını və şəxsi keyfiyyətlərini kəşf edir, özünə əminliyini artırırlar. Dulusçuluq dəzgahında gil işləmək uşaqlara xüsusi zövq verir, onları ruhən dincəldir. Onlar gildən düzəltdiklərinə öz əməklərinin nəticəsi olaraq dəyər verir.

Bədii tikmə - müxtəlif növ sap, parça, muncuq və s. bədii materiallardan istifadə etməklə tikiş tikmək üsulu ilə toxuma sənətidir. Mərkəzdə uşaqların  asudə vaxtlarını səmərəli keçirmələri və tikmənin onlara aşılanması məqsədilə yaradılan Bədii tikmə dərnəyində uşaqlar qədim ənənələrə malik olan tikmə sənətinin sirlərini öyrənirlər. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Dərnəkdə şagirdlərə bədii tikmənin növləri olan güləbətin tikmə, təkəlduz tikmə, saya tikmə, xovlu tikmə, zəncirvari tikmə, doldurma tikmə, qurama tikmə, oturtma tikmə, düymələmə tikmə və s. öyrədilir.

Toxuculuq dərnəyinin yaradılması qədim el sənəti olan toxumanın gələcək nəsillərə aşılanması və bu sənət növünün yaşadılması məqsədi daşıyır. Bu dərnəkdə nənələrimizin müxtəlif janrlarda toxuma üsulları şagirdlərə öyrədilir. Toxuculuq dərnəyinə qız uşaqları böyük maraq göstərir.

Heykəltəraşlıq dərnəyində şagirdlərə müxtəli formada və ölçüdə heykəllərin düzəldilməsi aşılanır. Tarixi ta qədimlərə gedib çıxan bu sənətin bu gün və gələcəkdə də yaşadılması məqsədilə yaradılan bu dərnəkdə şagirdlərin rahat şəkildə öz fikir və düşüncələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, lazım olan avadanlıqlar dərnək üzvlərinin istifadəsinə verilib.

İnnovativ dərnəklərin yaradılması Culfa rayonunda uşaqların təlimə marağının yüksəldilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsinə geniş imkanlar açacaqdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg