• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün665
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1715
mod_vvisit_counterBu ay15483
mod_vvisit_counterÜmumi2532299

Tarix: 14 May, 2024

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ümumi yığıncağı keçirilmişdir

Dekabrın 18-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ümumi yığıncağı keçirilib.

Ümumi yığıncağın gündəliyi təsdiq edildikdən sonra Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafı və kütləviləşməsi istiqamətində atılan addımlardan və görülən işlərdən danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində muxtar respublikanın şəhər və rayonlarında müasir standartlara cavab verən idman infrastrukturu formalaşdırılmışdır. Muxtar respublikada digər idman növləri kimi atletikanın da inkişafı üçün zəruri şərait vardır.

Bu şəraitdən səmərəli istifadə olunması məqsədilə ötən müddət ərzində muxtar respublikada Yüngül Atletika Federasiyası yaradılmışdır. Muxtar respublikada atletikanın digər növləri də inkişaf etdiyindən bu federasiyanın əhatə dairəsinin genişlənməsinə ehtiyac yaranmışdır. Buna görə də federasiyanın təsisçiləri ləğv edilərək “Xatun” Bədii Gimnastika İdman Klubu və “Şərur Rayon Ağır Atletika İdman Bölməsi”nin bazasında Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası yaradılıb. Beləliklə, Federasiya təkcə yüngül atletika deyil, atletikanın digər növləri üzrə də muxtar respublikada idmançıların hazırlanması, kütləviliyin təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək, yaradılmış şəraitdən səmərəli istifadə etməyə nail olacaqdır.

Federasiyanın əvvəlki fəaliyyətində olan nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışan Federasiya sədri qısa zaman ərzində atletika, ağır atletika və bədii gimnastika, eləcə də atletika sahəsinə daxil olan digər idman növlərinin təbliği, bu idman növlərinə yeniyetmələrin cəlb edilməsi, idman və sağlam həyat tərzinin gənclər və uşaqlar arasında yayılması istiqamətində işlərin sürətləndiriləcəyini bildirmişdir.

Rəhman Məmmədov bildirmişdir ki, Federasiyanın tərkibinə daxil olan idman növlərinin inkişafı istiqamətində artıq işlərə başlanılmış, Naxçıvan şəhərində və rayonlarda yerləşən ümumtəhsil məktəblərində 29 atletika, 2 ağır atletika idman klubu, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bədii gimnastika bölməsi yaradılmış, hazırda isə Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində gimnastika bölməsinin və Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə isə Ağır atletika idman bölməsinin yaradılması istiqaməsində iş gedir. Rəhman Məmmədov muxtar respublikada uşaq və yeniyetmələrinsağlam ruhda böyüməsi üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə Minnətdarlığını bildirmişdir.

Sonra federasiyanın ümumi yığıncağının gündəliyində duran məsələlər müzakirə olunmuşdur. Federasiyanın tərkibində edilən dəyişikliklər və müzakirə olunan məsələlərlə əlaqədar qərar layihəsi oxunmuşdur. Qərara görə “Xatun” Bədii Gimnastika İdman Klubu və “Şərur Rayon Ağır Atletika İdman Bölməsi” İctimai Birlikləri Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yeni təsisçiləri olaraq qeydiyyata alınmış, “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası”nın adı “Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası” adı ilə əvəz olunmuş, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Nizamnaməsi qəbul edilmişdir. İntiqam Rəhimov Federasiyanın sədr müavini seçilmişdir. Federasiyanın İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Atletika üzrə kütləviliyin təmin olunması məqsədilə Federasiyanın şəhər və rayon bölmələri yaradılmış, Federasiyanın 2021-ci il üçün tədbirlər planı təsdiq edilmişdir.

Ülviyyə HACIYEVA


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg