• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün258
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə2146
mod_vvisit_counterBu ay15076
mod_vvisit_counterÜmumi2531892

Tarix: 14 May, 2024

Naxçıvan şəhər ümumtəhsil məktəblərində yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə əlaqədar tədbir keçirilmişdir

Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq 18 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir.

Tədbirlərin keçirilməsində başlıca məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin daha yüksək formada inkişaf etdirilməsi, ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, hüquqları haqqında məlumat vermək, şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı biliklərinin artırılmasıdır.

Bildiyimiz kimi müasir dövrdə, xüsusilə də nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm amilə çevrilib.

Bununla əlaqəli olaraq Naxçıvan şəhər ümumtəhsil məktəblərində yol hərəkətinin təhlükəsizliyinin təbliğinə həsr olunmuş guşələr yaradılmış, rəsm, şeir müsabiqələri və viktorinalar keçirilmişdir. Mövzuya uyğun olaraq ümumtəhsil məktəblərində sənət nümunələri, videoçarx və şagirdlər tərəfindən hazırlanmış səhnəciklər nümayiş etdirilmişdir. Qarşılıqlı diskussiya şəraitində keçən tədbirlərdə məlumatların daha yaddaqalan və təsirli olması üçün əyani vasitələrdən istifadə olunmuş, şagirdlərin yol hərəkəti təhlükəsizliyinin təşkili ilə bağlı fikirləri dinlənilmişdir.

Ümumtəhsil məktəblərində yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı keçirilən tədbirlərdə rəsm, şeir müsabiqələri və viktorinaların qalibləri məktəb rəhbərlikləri tərəfindən diplomlarla mükafatlandırılmışlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg