• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün933
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1983
mod_vvisit_counterBu ay15751
mod_vvisit_counterÜmumi2532567

Tarix: 14 May, 2024

“Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında II Qarabağ müharibəsinə həsr olunmuş “Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsinin təbliği və gənc nəslə öyrədilməsi, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin metodik kabinet müdiri Həsən Tağıyev bildirib ki, möhtərəm Prezident cənab Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycanın Müzəffər Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirdi. Artıq bütün dünya Şanlı Ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi oldu.

O çıxışında II Qarabağ müharibəsindəki qələbəmizin gənclər arasında geniş təbliği məqsədilə müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, belə müsabiqələr həm də məktəblilərin ədəbi dilin normalarına uyğun yazmaq və öz fikirlərini sərbəst bildirmək bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verir.

Qaydalar elan olunduqdan sonra müsabiqəyə start verilib.

Qeyd edək ki, inşa müsabiqəsi 2 mərhələdə təşkil olunub. Məktəb mərhələsində qalib olmuş I, II, III yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanıb.

İnşa yazı müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 36 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə 2 saat ərzində yazıblar. Şagirdlər yazdıqları inşalarda II Qarabağ müharibəsindəki qələbənin Azərbaycan Respublikasının dövlətçilik tarixində yeni mərhələ açdığını, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadətini və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsini tərənnüm ediblər.

Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib.  Bir şagird I yerə, iki şagird II yerə, üç şagird III yerə, üç şagird isə həvəsləndirici yerə layiq  görülüb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg