Culfa Rayon Təhsil Şöbəsinin metodkabinetinin təşəbbüsü ilə 17 dekabr 2020-ci il tarixdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin IX sinfində “Orqanizmin çoxalma formaları” mövzusunda açıq dərs keçirilib. Məktəbin biologiya müəllimi Gündüz Cabbarovun apardığı açıq dərsdə Təhsil Şöbəsinin əməkdaşları da iştirak edib.
Elektron lövhədə keçirilən dərsdə şagirdlərə mövzu ətrafında geniş məlumat verilib. Sonra sual-cavab şəklində dərs yekunlaşıb.