18 dekabr 2020-ci il tarixdə STEAM təlim kurslarında “Azərbot” və “Katapult” mövzusunda dərs keçirilmişdir. Təlim zamanı müəllimlər kodlaşdırma və mexaniki hissə ilə yaxından tanış olaraq, servomühərrik və mini dinamikin birgə istifadəsi üçün Mikrobitiin necə proqramlaşdırılmasını tətbiq etmişdirlər. Daha sonra onlar servomühərriki və səs gücləndiricini (dinamiki) plataya qoşmağı yerinə yetirmişlər.
Eyni qayda olaraq, müəllimlər katapultun hazırlanması üçün maşınqayırmanın əsaslarını tətbiq edərək, Mikrobit vasitəsilə bir neçə rəqəmsal çıxışları birləşdirmə və bunun vasitəsilə plataya yeni funksiyalar əlavə etmək üçün elektron hissələrin, sensorların qoşulması ilə tanış olmuşlar.