Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Xatirə muzeyində olub. Bələdçi bildirib ki, hazırda muzeydə 2000-dən çox eksponat var.
Onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları qorunub saxlanılır.
Burada eyni zamanda Milli və Sovet İttifaqı Qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət eksponatlar mühafizə və nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən bəhs edən eksponatlar haqqında da ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda baş verən qırğınlara, faciələrə ilk dəfə hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyev olub.