30 ilə yaxın idi ki, ermənilər tərəfindən torpaqlarımızın 20 faizi işğal edilmişdir. Həmin torpaqların işğaldan azad edilməsi xalqımızın mərd igid oğullarının borcu idi.
Ermənistanın təxribatına və növbəti təcavüzünə cavab olaraq torpaqlarımızın düşmən əsarətindən azad edilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və ədalətin bərpa edilməsi üçün 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlandı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu qələbəyə çatdı. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan igidlərimiz, qazilərimiz oldu. Müharibədə iştirak edən qazi və döyşçülərimizlə görüşmək, onların döyüş yollarını öyrənmək və öyrətmək hər birimizin borcudur. Bu məqsədlə 17 dekabr 2020-ci il tarixdə Bənəniyar kənd tam orta məktəbində vətən müharibəsində iştirak etmiş və igidlik göstərmiş Bənəniyar kənd sakinləri Milli Ordumuzun hərbi qulluqçuları Cəbiyev Malik Əjdər oğlu və Məmmədov Yəhya Sabir oğlu ilə görüş olmuşdur.
Tədbirdə məktəbin direktoru Eldəniz Hüseynov, məktəbin müəllimləri Cəfər Cəfərov və Cahangir Həbibzadə çıxış etmişlər. Görüş zamanı kəndin qəhəmanları keçdikləri döyüş yolları, göstərdikləri şücaətlər haqqında məktəblilərə ətraflı məlumat vermiş, şagirdləri maraqlandıran sualları cavablandırmışlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi