• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1710
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə8215
mod_vvisit_counterBu ay21983
mod_vvisit_counterÜmumi2538799

Tarix: 18 May, 2024

Naxçıvan Muxtar Respublikası Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə yeni dərslik və metodik vəsaitlər təqdim olunmuşdur

Muxtar respublikada gözdən əlil uşaqları təhsilə cəlb etmək, bu sahədə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikası Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin yaradılması sosial qayğıya ehtiyacı olan uşaqlara dövlətimizin xüsusi diqqətindən irəli gəlmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı ilə məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, bu kateqoriyadan olan uşaqların təhsil alması üçün məktəb lazımi avadanlıqlarla təchiz olunmuşdur. Məktəbin şagirdlərinin müxtəlif tədbir və yarışlarda iştirakı daim təşkil olunmuş, uşaqlar iştirak etdikləri tədbirlərdə dəfələrlə diplom və hədiyyələrlə təltif olunmuşlar. Hazırda məktəbdə 9 uşaq təhsil alır.

Sosial qayğıya ehtiyacı olan bu uşaqların məktəbli forması və dərs ləvazimatları ilə təminatı da diqqətdə saxlanılmış, 2020-2021-ci tədris ili ilə bağlı  onlar məktəbli forması və dərs ləvazimatları ilə təmin olunmuşdur. Bu kateqoriyadan olan uşaqların təhsil alması işində ən böyük qayğı onların dərsliklərlə təminatıdır ki, bu sahə də daim diqqətdə saxlanılmış, Təhsil Nazirliyi tərəfindən məktəbə 65 metodik vəsait, 233 dərslik alınmışdır. 22 dekabr 2020-ci ildə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə metodik vəsait və dərsliklərın məktəbə təqdim olunması, eyni zamanda məktəbdə təhsil alan şagirdlərə Yeni il sovqatının verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək muxtar respublikada uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. Bildirilib ki, muxtar respublikada uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların ehtiyaclarının hərtərəfli təminatı, reabilitasiyası, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi ilə yanaşı onların fiziki cəhətdən sağlam böyüməsi də diqqətdə saxlanılır. Qeyd edilib ki, Naxçıvanda uşaqların sağlamlıqlarının qorunması ilə yanaşı, onlarla maarifləndirmə işinin aparılması istiqamətində də mühüm addımlar atılmış, audio və elektron kitabxana xidmətləri,  Distant Tədris Mərkəzi yaradılmış, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kursları təşkil edilmişdir.

Tədbirin sonunda məktəbdə təhsil alan şagirdlərə bayram sovqatı verilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg