Dekabrın 19-da Şahbuz Rayon Təhsil Şöbəsinin kollektivi Xalq şairi Məmməd Arazın Nursu kəndində yaradılmış Ev muzeyində olub.
Şairin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, şairin müxtəlif illərdə nəşr olunan kitabları, şair haqqında görkəmli şəxsiyyətlərin xatirələri, mənalı həyat yolunun müxtəlif illərini əks etdirən fotoşəkilləri və digər materiallar muzeydə sərgilənir.
Kollektiv xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatlarla tanış olub. Onlara şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. 20-ci əsrin sonlarında Azərbaycan poeziyasında öz sözünü deyən Məmməd Araz həm də ikinci dəfə qazandığımız müstəqilliyin şairi idi. Bu dövrdə onun qələmindən çıxan şeirlər əsl vətəndaş tərbiyə etmək üçün çox gözəl nümunələrdir. Torpağa, doğma yurda bağlılıq onun poeziyasının ayrılmaz qayəsidir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi