• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1710
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə8215
mod_vvisit_counterBu ay21983
mod_vvisit_counterÜmumi2538799

Tarix: 18 May, 2024

2020-ci il muxtar respublikada bir sıra təhsil nailiyyətləri ilə tarixə yazıldı

Muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təmin olunması, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmışdır. Başa vurduğumuz 2020-ci il də bir sıra təhsil nailiyyətləri ilə tarixə yazıldı.

Hər il olduğu kimi 2020-ci ildə də muxtar respublikanın təhsil müəssisələrinin maddi-tədris bazasının yaxşılaşdırılması diqqətdə saxlanılmış, yanvarın 13-də 432 şagird yerlik Ordubad rayon Vənənd kənd tam orta məktəbi, mayın 18-də 224 şagird yerlik Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbi, sentyabrın 15-də 252 şagird yerlik Culfa rayon Camaldın kənd tam orta məktəbi, oktyabrın 5-də 78 şagird yerlik Babək rayon Nəcəfəlidizə kənd tam orta məktəbi, noyabrın 11-də 120 şagird yerlik Şərur rayon Qarabürc kənd ümumi orta məktəbi, noyabrın 26-da isə Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün müasir standartlara cavab verən yeni binalar tikilərək istifadəyə verilmişdir. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanların yaradıldığı müasir tipli məktəblərdə işıqlı, geniş sinif otaqları, hərbi kabinələr, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinifləri, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları, elektron lövhə quraşdırılmış, otaqlar lazımi avadanlıqlarla zənginləşdirilərək şagird və müəllimlərin istifadəsinə verilmişdir.

Uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda onların istedad və bacarıqlarının üzə çıxarılması diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində ümumilikdə 45 innovativ dərnək yaradılmış, qısa müddət ərzində bu dərnəklərin imkanlarından 1500-dən çox şagird yararlanmışdır.

Gələcəkdə hər hansı sahənin inkişafı məhz məktəbdən başlayır. Bu gün muxtar respublikamızda təbiət elmləri sahəsi üzrə kadrların hazırlanması da diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və şagirdlərin istedad və bacarıqlarının aşkar etdirilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri etmiş, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 4 avqust 2020-ci il tarixdə “Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında” Sərəncam imzalanmışdır.  Muxtar respublikamızda kimya-biologiya fənlərinin səmərəli tədrisini təmin etmək məqsədi ilə imzalanmış bu Sərəncam elmi-pedaqoji heyət tərəfindən sevinc və minnətdarlıqla qarşılanmışdır.

İstedadlı uşaqların potensiallarının aşkar edilməsi və onların üzə çıxarılması daim diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hazırladığı Naxçıvanın intellektli, bacarıqlı və istedadlı şagirdlərindən bəhs edən “İstedadlı şagirdlər” albom-kataloqu nəşr edilmişdir. Albom-kataloqda istedadlı şagirdlərin rəsm və dekorativ əl işlərindən nümunələr, onlar barədə fotolar və məlumatlar dərc edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində də yeni vəzifələr müəyyənləşdirmişdir. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, muxtar respublikada müasir təhsilin tələblərinə cavab verən çoxsaylı layihələr - innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Həftə sonu”, “Distant təhsil” layihələri tətbiq edilir. 2020-2021-ci tədris ilindən etibarən isə verilmiş tapşırığa əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində yeni təlim metodunun tətbiqinə başlanılır. Bu dünya təhsil sistemində aktuallıq qazanan STEAM təhsil metodudur.  Muxtar respublikanın 13 məktəbində pilot olaraq tətbiq ediləcək STEAM layihəsinin həyata keçirilməsində məqsəd müasir çağırışlara cavab verən yeni təlim metodunun muxtar respublikamızda da tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Artıq qısa müddət ərzində Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində STEAM kabinəsi, Culfa rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində Robotexnika və STEAM dərnəyi yaradılaraq istifadəyə verilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində zəruri işlər davam etdirilir. Muxtar respublikada şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedad və bacarıqlarının aşkarlanması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradılmasıdır. İmtahan Mərkəzi üçün ən müasir avadanlıqlar - 1 ədəd Rəqamsal monoxrom yüksək sürətli rizoqraf çap avadanlığı, 1ədəd Rəqəmsal tamrəngli surətçıxaran-printer skaner çap avadanlığı, 3 ədəd  kompüter, 2 ədəd noutbuk, 3 ədəd Printer, 1 ədəd Test skaneri, 1 ədəd Elektrikli stepler quraşdırılmışdır. İmtahan Mərkəzi Təhsil Nazirliyi tərəfindən liseylərə qəbul, həmçinin müxtəlif fənn olimpiadalarının keçirilməsinə, şagirdlərin mövzular üzrə mənimsəmə səviyyəsinin qiymətləndirilməsinə geniş imkanlar yaradır.

Muxtar respublikada şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində - Naxçıvan şəhəri üzrə 28, Şərur rayonu üzrə 30, Ordubad rayonu üzrə 26, Babək rayonu üzrə 23, Culfa rayonu üzrə 23, Kəngərli rayonu üzrə 21, Şahbuz rayonu üzrə 19, Sədərək rayonu üzrə 15 olmaqla 118 məktəbdə 12 idman növü üzrə 185 idman klubu yaradılmışdır. Həmin idman klublarından 29-u atletika, 32-si voleybol, 31-i basketbol, 24-ü futbol, 15-i sərbəst güləş, 8-i boks, 7-si karate-do, 17-si stolüstü tennis, 4-ü cüdo, 14-ü mini futbol, 2-si ağır atletika, 2-si isə gimnastikadır.

Naxçıvanda təhsilin inkişafına yardım göstərmək, Naxçıvan təhsilini təbliğ etmək və istedadlı gəncləri təhsil sistemində düzgün istiqamətləndirmək, Naxçıvanın orta, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərinə təhsilin sonrakı pilləsinə qəbul olmaq üçün imtahanlara hazırlaşmaqda köməklik göstərmək, muxtar  respublikanın daxilində tətbiq edilən digər imtahanlara, xarici ölkələrdə təhsillə bağlı olan və imtahanla qəbul edən təhsil qurumlarının qoyduğu tələblər əsasında hazırlıqlar və maarifləndirmə işləri apararaq təhsilin inkişafına xidmət göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” MMC yaradılmışdır. Kurslarda dərslər yeni təhsil sənədləri (Kurikulum) əsasında hazırlanmış proqramlar, təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi ilə seçilən nüfuzlu müəllimlər tərəfindən keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Təhsil Kursları” abituriyentlərin qəbul imtahanında uğur qazanmasına öz töhfəsini verəcəkdir.

Son  illər ölkəmizin təhsil sistemində  aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il artıq dördüncü dəfədir keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi  təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olmuşdur. Təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi ilə keçirilən IV Qrant müsabiqəsində bu il ilk dəfə olaraq muxtar respublika müəllimləri iştirak etmişdir. Layihə çərçivəsində muxtar respublika ümumtəhsil müəssisələri və pedaqoji işçiləri tərəfindən 5-i ümumi təhsil kateqoriyası, 22-si isə fərdi kateqoriya üzrə olmaqla ümumilikdə 27 layihə təqdim edilmişdir. Sevindirici haldır ki, həmin layihələrdən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 2, fərdi kateqoriya üzrə isə 3 olmaqla, ümumilikdə 5 layihə qalib olmuşdur.

Muxtar respublikanın təhsil sahəsində hər ötən il əldə olunan uğurların daha da artması, bu sahədə hər yeni ildə yeni və yüksək səviyyəli qərar və sərəncamların verilməsi Naxçıvan təhsilinin ildən-ilə daha da inkişafına layiqli töhfəsini verməkdə davam edir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg