• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün347
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5424
mod_vvisit_counterBu ay29253
mod_vvisit_counterÜmumi2496518

Tarix: 19 Apr., 2024

Olimpiada və müsabiqə qalibləri mükafatlandırılıb

Muxtar respublika fənn olimpiadasının və “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Yaradılan şərait yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün geniş imkanlar açıb. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsini təmin edib, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər formalaşdırılıb. Belə şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları və inşa yazı müsabiqələri mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində və peşə seçiminə hazır­lanmasında mühüm rol oynayır. Muxtar respublika fənn olimpiadaları şagirdlərin respublika fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmağında mühüm əhəmiyyətə malikdir. Fənn olimpiadalarının yekunlarına görə şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər və rayon mərhələsində 986 şagird öz biliyini sınayıb, onlardan 611-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən noyabrın 28-də keçirilən olimpiadanın final mərhələsində, ümumilikdə, 11 şagird I, 11 şagird II və 20 şagird III yerlərin qalibi olub.

Nazir qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu tədbirlərin davamı olaraq dekabrın 11-də “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Onlardan 1 nəfər I, 2 nəfər II, 3 nəfər III, 3 nəfər isə həvəsləndirici yerlərin qalibi olub.

Təhsil naziri Rəhman Məmmədov olimpiada və inşa yazı müsabiqəsinin qaliblərini təbrik edir, onlara təhsillərində uğurlar arzulamışdır.

Tədbirdə Təhsil nazirinin müavini Heyran Əhmədova və Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov çıxış edərək olimpiadanın və müsabiqənin keçirilməsinin əhəmiyyəti və təşkilati işlər barədə məlumat vermişlər.

Olimpiadada yer tutan Heydər Əliyev adına Hərbi Liseyin II kurs kursantı Tahir Məhərrəmov, “Ürəklərdə yaşayan dahi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibi Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi Aysun Cəfərli çıxış edərək onların yaxşı təhsil alması, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlıqlarını bildirmişlər.

Sonda qaliblərə diplomvə hədiyyələr təqdim olunub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg