Naxçıvan Şəhər Peşə Liseyində 22 dekabr 2020-ci il tarixdə “Yol Hərəkəti qaydaları uşaqların gözü” ilə adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Liseyin Direktoru Sona Əliyeva bildirib ki, tədbirin əsas məqsədi piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, liseydə təhsil alan müdavimlərə təhlükəsiz davranış vərdişləri barədə məlumat verməkdir.
Görüşdə çıxış edən yol hərəkəti qaydaları üzrə mütəxəssis Elşən Nəcəfov və Daxili İşlər Nazirliyinin əməkdaşı Polis Baş Leytenant Ayaz İsmayılov bildirib ki, yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülür.
Sonda yol nişanları barədə iştirakçılara məlumat verilib, piyadanın vəzifələri haqqında ilkin təsəvvür yaratmağa çalışılıb və mövzuya uyğun çarxlar izlənilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi