24 dekabr 2020-ci il tarixdə Babək Rayon Uşaq-Gənclər Şahmat məktəbində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş şahmat üzrə seans oyunu keçirilib.
Oyunda Babək rayonu üzrə 22 gənc şahmatçı iştirak edib. Seansı məktəbin baş təlimatçısı Zakir Quliyev verib. Maraqlı keçən oyun 14-8 hesabı ilə Zakir Quliyevin xeyrinə qurtarıb. Seansa Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev hakimlik edib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi