Heydər Əliyev Muzeyində 24 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə növbəti açıq dərs keçirilib.
Muzeyin əməkdaşı Gülnar Quluzadə tərəfindən “Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda keçirilən açıq dərsdə bildirilib ki, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi isə bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdi.
Şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılmışdır.
Sonda şagirdlər dahi rəhbərin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi