• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1132
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə6487
mod_vvisit_counterBu ay27893
mod_vvisit_counterÜmumi2968704

Tarix: 16 Yan., 2025

Profilaktik tədbir keçirilib

Sədərək kənd 1 nömrəli tam orta məktəbdə Sədərək Rayon Təhsil Şöbəsi, Polis Şöbəsi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yetkinlik yaşına çatmayan uşaqların milli mənəvi dəyərlər və vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri məqsədilə profilaktik tədbir keçirilib.

Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, Sədərək Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsi üzrə inspektoru, Polis Kapitanı Qulu Quliyev, İcra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nazim Mehdiyev və Gənclər və İdman İdarəsinin müdiri Polad Rzazadə iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sirac Qarayevbildirib ki, gələcəyimiz sayılan uşaqlar əsl vətəndaş ruhunda tərbiyə olunmalıdır. Bu onların yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi üçün mühüm amildir. Bunun üçün yeniyetmə və gənclərə Vətənimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrimizi öyrətməliyik. Təhsilin uşaqların həyatında mühüm yer tutduğu, sağlam gələcəyin inkişafının təməlində təhsilin dayandığıqeyd edilib. Məktəbin pedaqoji kollektivi olaraq müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlətimizə layiqli vətəndaş yetişdirmək missiyasını şərəflə həyata keçirilməsində böyük zəhmətləri olduğunu bildirən direktor vurğulayıb ki, məktəbdənkənar müəssisələrlə şagirdlər arasında sıx əlaqəni yaratmaq şagirdlərin asudə vaxtlarında İdmana,yaradıcılığa, şahmatacəlb etmək və isdatlarının üzə çıxarılmasına nail olmalıyıq.

Təhsil Şöbəsinin əməkdaşı Yalçın Bayramzadə, Sədərək Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili şöbəsi üzrə inspektoru, Polis Kapitanı Qulu Quliyev, İcra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nazim Mehdiyev və Gənclər və İdman İdarəsinin müdiri Polad Rzazadə diqqətə çatırıblar ki, hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Bildirilib ki, rayonumuzda idmanla bağlı bütün zəruri tədbirlər görülüb şagirdlərin asudə vaxlarının səmərəli keçirilməsi üçün fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Gənclər İdman Məktəbi və Yaradıcılıq mərkəzləri siz uşaqların şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün əlvərişli şərait yaradır, ümumtəhsil məktəblərində oxunması zəruri olan kitabların viktorinası mütamədi olaraq keçirilir. Bu gün şagirdlərin təlim tərbiyəsində məktəb-valideyn münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini, məktəbdə bunun üçün mütəmadi görüşlər keçirilməsinin vacibliyini, bunun nəticə etibarilə uşaqların sağlam mühitlə əhatə olunmaları və sağlam gənc kimi formalaşmasında və təhsildə uğur əldə edilməsində vacib şərt olduğunu qeyd ediblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg