• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün677
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9940
mod_vvisit_counterBu ay42272
mod_vvisit_counterÜmumi2509537

Tarix: 26 Apr., 2024

Ordubad şəhər İnternat tam orta məktəbində sosial qayğıya ehtiyacı olan şagirdlərə hədiyyələr verilib

Ordubad şəhər İnternat tam orta məktəbində sosial qayğıya ehtiyacı olan məktəblilərlə görüş keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirilib ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli  ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının  qorunması daim diqqət mərkəzində saxlanılır.

Vurğulanıb ki, dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu kateqoriyadan olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar. Onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil edilir, uşaqlara teatr tamaşaları, film nümayiş olunur, həmçinin yay tətili günlərində istirahətləri təmin olunur. Sevindirici haldır ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hər biri sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə olunur, intellektual səviyyələri inkişaf edir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər.

Sonra tədbirin təşkilatçıları uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar və  sosial qayğıya ehtiyacı olan məktəblilərə hədiyyələr verilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg