25 dekabr 2020-ci il tarixdə bütün muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər üçün sınaq imtahanı keçirilib. Sınaq imtahanı buraxılış imtahanı formatında təşkil edilib.
Sınaq imtahanında IX siniflər üçün Azərbaycan dili fənni üzrə 2 mətn - hər mətndən 5 qapalı, 5 açıq test tapşırıqları, Xarici dil üzrə 1 dinləmə mətni və 1 yazılı mətn olmaqla 15 test tapşırığı, Riyaziyyat fənni üzrə isə 10 açıq test tapşırığı verilib.
X və XI siniflərdə isə Azərbaycan dili fənni üzrə 2 mətn - hər mətndən 5 qapalı, 5 açıq test tapşırıqları və qrammatikadan 10 qapalı test tapşırığı olmaqla 30 sual, Xarici dil üzrə 1 dinləmə və 1 yazılı mətndən 6 açıq, 8 qapalı test tapşırıqları, qrammatikadan 16 qapalı test tapşırığı olmaqla 30 sual, Riyaziyyat fənni üzrə isə 13 qapalı, 12 açıq test tapşırığı olmaqla 25 sual şagirdlərə təqdim olunub. Sualları cavablandırmaq üçün məktəblilərə 3 saat vaxt verilib.
Sınaq imtahanı IX siniflər üçün I mərhələ buraxılış imtahanının formatında olduğu üçün maksimum 90 bal, X və XI siniflər üçün isə buraxılış imtahanının formatında maksimum 300 bal təşkil edir.
Sınaq imtahanının sualları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Təhsil Kursları tərəfindən hazırlanıb, sual kitabçaları İmtahan Mərkəzində çap olunub. İmtahanın nəticələri 1 həftə ərzində elan olunacaqdır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi