• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün265
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5719
mod_vvisit_counterBu ay36782
mod_vvisit_counterÜmumi2504047

Tarix: 25 Apr., 2024

Nümunəvi dərslər tədrisin keyfiyyətini artırmışdır

Hazırda kompüter texnologiyasının və internetin təşəkkülü həyatın digər sahələrində olduğu kimi təhsildə də köklü dəyişikliklər yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilmiş, muzeylərlə, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə muxtar respublikanın təhsil müəssisələri arasında əlaqələr qurularaq interaktiv və nümunəvi dərslər tədris olunur. Bu isə şagirdlərin biliklərinin artırılmasında, qabaqcıl təcrübənin öyrənilməsi və ixtisas seçimlərində mühüm rol oynayır.

“Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 mart 2015-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikanın ümumtəhsil məktəblərində ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimlərinin iştirakı ilə nümunəvi dərslər təşkil edilir. Nümunəvi dərslər elmi dərəcəsi olan müəllimlərlə ümumtəhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, şagirdlərdə tədris olunacaq fənlərə qarşı yeni yanaşma aşılayır, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. Həmçinin ümumtəhsil məktəblərində nümunəvi dərslərin təşkili yeni, gərəkli və davamlı proses olmaqla, təhsildəki sistematikliyin və ardıcıllığın möhkəmlənməsinə, qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da dərinləşməsinə, yeni nəsillərin hərtərəfli hazırlığına layiqincə xidmət göstərir.

Ümumtəhsil məktəblərində nümunəvi dərslərin tədrisi Təhsil Nazirliyi tərəfindən verilən qrafikə uyğun olaraq tədris ili ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci və Naxçıvan Dövlət Texniki Kollecinin əməkdaşları tərəfindən ayda bir dəfə elmi dərəcəli müəllimlər tərəfindən aparılır.

Prosesin davamı olaraq cari tədris ilində də oktyabr ayından başlayaraq numunəvi dərslərin tədrisi davam etdirilir. 2020-ci ilin dekabr ayının sonunadək keçirilən dərslərə nəzər salsaq, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən 150, Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən 463, “Naxçıvan” Universitetinin əməkdaşları tərəfindən 27, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları tərəfindən 80 vəNaxçıvan Tibb Kollecinin əməkdaşları tərəfindən 66 saat olmaqla, ümumilikdə 786 saat nümunəvi dərs tədris edilmişdir. Tədris olunan nümunəvi dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsinə, məktəblilərin elmə marağının artmasına mühüm töhfə vermiş, bunun üçün tədris olunan mövzuların seçimi diqqətdə saxlanılmış, yuxarı sinif şagirdlərində ali təhsil müəssisələri ilə bağlı təsəvvürün formalaşması, şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi diqqətdə saxlanılmışdır.

Sərəncamdan irəli gələn vəzifələrin icrasına uyğun olaraq, müxtəlif ixtisaslar üzrə elmi dərəcəyə malik kadrların - elmlər və fəlsəfə doktorlarının vaxtilə təhsil aldıqları ümumtəhsil məktəblərində tədrisə cəlb olunması müəllim-şagird kontingentində doğmalıq hissi ilə yanaşı,  tədris mühitində yeni ab-havanın yaranmasına da öz təsirini göstərir.

Məktəbin pedaqoji və şagird kontingenti ilə əlaqələrin gücləndirilməsinə, keçilən dərslərin daha da maraqlı təşkil olunmasına geniş imkan yaradan nümunəvi dərslər tədrisdə yeni keyfiyyətlərin qazanılmasına, müəllim və şagirdlərin qarşılıqlı fikir mübadiləsində birgə iştirakına, fərqli dərs mühitinin yaradılmasına mühüm töhfələr vermişdir.

Muxtar respublikada yaradılmış müasir təhsil infrastrukturu, təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsində təhsil üçün yaradılan əlverişli şərait gələcəkdə də təhsilin inkişafına xidmət edəcək yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg