• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün264
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə6793
mod_vvisit_counterBu ay30622
mod_vvisit_counterÜmumi2497887

Tarix: 20 Apr., 2024

Zəfər yolu

Zəfər yaraşır mənim igid, qürurlu əsirlərdən bəri xalqının müstəqil, xoşbəxt gələcəyi üçün öz canından, qanından keçən şəhidlik zirvəsini, hər şeydən üstün tutan, vətən eşqilə yanıb tutuşan mərd xalqıma, zəfər yaraşır! Ulu babalardan miras qalan, igidlik, qəhrəmanlıq salnaməsi, uşaqlıqdan bu hisslə böyüyən, addımlayan, torpağına ana deyib çağlayan igidlərin saf eşqidir doğma Azərbaycan! Babəkin azadlıq istəyi, arzusu, Koroğlunun düşməndən qisas almaq hissi, Şah İsmayılın Vətən sevgisi bir dastandır Azərbaycan!

Vətənə sevgi, bağlılıq nə gözəl duyğudur, bizi uca tutan bu sevginin paklığıdır, qürurudur, damarımızdan son damlasına qədər vətən üçün axan qanımızdır, Vətəninə, torpağa olan məhəbbətdir, hər şeydən əziz tutub, zirvəsindən bəhrələnib ucalaşan qəhrəmanlığıdır igid oğulların yazdığı qəhrəmanlıq tarixi. Zəfər çalmaq arzusu ilə bayrağını sinəsində gəzdirən igid oğulların o bayrağı ucalara sancmaq, o bayrağa bürünmək istəyi, Qəhramanlar diyarıdır Azərbaycanım! Başda gəlir tariximin Qarabağ səhifəsi, düşmənə nifrət, intiqam və keçmişimizin haqqını almaq istəyi! İllərdən bəri sağalmayan yaranın, hər dəfə qanayan göz yaşlarının, içimizə tökdüyümüz, susmayan ah-nalələrin, tökülən qanların, yerdə qalmayan arzuların istəyi idi bu zəfər çağları! Şükür rabbimə arzular çiçək açdı, saf diləklər qanad açdı, illərdən bəri yol çəkən gözlər, ümid hissi ilə yaşayan ürəklər öz arzusuna qovuşdu.

Əzəldən bəri hər zaman düşmən tərəfindən gözü daim torpaqlarımızda olan erməni vandalları min cür xislətlə, yalanla, böhtanla, ərazi iddiaları ilə, tarixi saxtalaşdırmaq niyyətlərindən əl çəkməyib öz istəklərini irəli sürürdülər. Və bu tariximizin bütün səhifələrində öz əksini tapmışdır. Hər dəfə xalqımıza qarşı soyqırımı iddiası güdən ermənilər min cür təxribatlara əl atıb xalqımıza qarşı misli görünməyən vəhşiliklər törətmişdilər. Böyükdən kiçiyə hər kəs demək olar ki, erməni vəhşiliyinin qurbanı olmuşdur. Erməni daşnakları o zamanlar bütün türk xalqını hədəf seçmişdir. 1805-ci il, 1905-ci il, 1918-ci il tarixləri xalqımızın olduqca ağır taleli illəri kimi tariximizə həkk olunub.

Öz ata-baba yurdlarından didərgin düşmüş xalqımız ağır günlərini yaşamaqda idi. İllərdən bəri bitməyən ərazi iddiası, 1988-ci ildə öz işğalçılıq planlarını həyata keçirən erməni vəhşiləri xalqımıza qarşı növbəti təxribatlarını etdilər. Nə qədər azərbaycanlı bu təxribatın qurbanına çevrildi. Lakin bütün dünya bu ədalətsizlik qarşısında susaraq göz yumurdu. Artıq bu ədalətsizlik qarşısında baş qaldırmaq və öz hüquqlarını tələb edərək əsirlik prinsiplərini yox etmək, azadlığa doğru addımlamaq arzusu ilə yanıb tutuşan xalqımız istəyinə çatdı. Müstəqillik, azadlıq xalqımızın o dövrü üçün ən dəyərli hadisə idi. Qeyrətli oğullarımızın mərdliyi sayəsində xalqımız illərdən bəri o arzusuna çatmış oldu. Lakin ermənipərəst olan dövlətlərin nümayəndələri hər zaman xalqımıza qarşı öz mənfi ideyalarını irəli sürməyi üstün tuturdu.

Öz qoruyucu missiyasını, irəli sürən ömrünü daim xalqın xoşbəxt gələcəyi üçün çıraq edən ulu öndər Heydər Əliyev tutduğu vəzifədən istefa edərək Moskva şəhərindən öz doğma vətəni Azərbaycana üz tutur. Öz xalqının bu çətin günündə ona arxa, dayaq olmağı və bu yolda nə qədər maneələrlə qarşılaşacağına əhəmiyyət verməyərək xalqı üçün əlindən gələni edəcəyinə söz verdi. Xalqın ümid və pənah yerinə çevrilən bu dahi şəxsiyyət qısa bir zamanda xalqın səsinə çevrildi. Artıq xalq öz gələcəyinə qorxu hissilə yox, inamla baxırdı. Heydər Əliyev xalqın ən böyük inam mənbəyi idi. Xalqımız gücünü məhz ondan alırdı. Onun xalq qarşısında verdiyi sözlər artıq bir reallığa çevrilmişdir. Məhz xalqın inamı və uca tanrının köməyi ona güc-qüvvət verirdi. Artıq demek olar ki, Azərbaycan öz ağır günlərini getdikcə arxada qoyurdu. Azərbaycan dünyaya açılan bir pəncərəyə çevrilmişdir. Haqq ədalət öz yerini tapırdı. Tariximiz yenidən bərpa olunurdu. İşğal altında olan ərazilərimizin qaytarılmasına dair müəyyən işlər görülürdü. Lakin Ulu öndərin vaxtsız ölümü arzuları yarımçıq qoydu. Amma tarixin yetişdirdiyi sərkərdə qarşısında ümid dolu gözlərimiz yenidən işıldadı, arzularımız yenidən çiçək açdı. Azərbaycan ən güclü dövlətlər sırasında yer aldı onun gücü qarşısında düşmən demək olar ki, acizləşir gücümüz qüvvətimiz bütün dünyaya səs salırdı.

Azərbaycanın ən həssas yeri olan ərazi bütövlüyümüzün dövlətlər tərəfindən tanınması böyük tarixi hadisəyə çevrilmişdi. Torpaqlarımızın tezliklə qayıtması ümidi, günü-gündən demək olar ki, artırdı. Xalq öz gələcəyinə ümidlə baxırdı. Güclü ordumuz tarix yazmaqda idi, qəhrəmanlıq tarixi!

Azərbaycan xalqının prezidenti İlham Əliyev öz çıxışlarında ərazi bütövlüyümüzü daim vurğulayaraq “Qarabağ Azərbaycandır!” deyib çıxışlarına bu sözlərlə yekun vuraraq düşmənə göz dağı verirdi. O, həmişə torpaqlarımızın istər sülh, istərsə də müharibə yolu ilə alacağını xalq qarşısında çıxışlarında söyləyirdi. Demek olar ki, bu vədlərin artıq icra olunmağı ilə cənab Prezident xalq qarşısında nə qədər inamla addımladığını bir daha göstərdi və öz sözünü tutaraq xalqımızı illərdən bəri həsrətlə gözlədiyi torpaqlarına qovuşdurdu. Ordumuzun qüdrəti, gücü, torpağa olan sevgi, məhəbbət, işğal altında olan torpaqlarımızın qayıtması sevincini böyükdən kiçiyə hər kəs coşqu ilə qarşıladı. Hər kəsin gözündən sevinc yaşları axırdı.

Tariximiz öz şanlı layiqli yerini tutub. Bu şanlı zəfər tariximizdə dərin izlər qoyan, düşmənə ən ağır zərbələr vuran, torpaq üçün canından keçən xalqımın mərd oğulları, qarşınızda baş əyirəm! Sizin bu vətənə olan dərin bağlılığınız, sevginiz, onu hər şeydən üstün tutmaq istəyiniz, şəhidlik zirvəsinə - ən uca zirvəyə qalxmaq arzunuz xalqımızın nə qədər mərd olduğunu bir daha göstərdi. “Qarabağ Azərbaycandır!” şüarı ilə döyüşə girərək qəhrəmanlıq silsiləsi nümayiş etdirən xalqımızın mərd oğulları üç rəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərdə sancaraq bütün dünyaya Azərbaycan ordusunun nə qədər güclü olduğunu göstərdilər.

Bu tarix neçə illər keçsə də yaddaşlardan silinməyəcək. Ali Baş Komandanın etimadını doğruldan qəhrəman ordumuz zəfər tarixinin memarlarıdırlar. Öz şücaətlərilə dərin izlər qoyan, canından, qanından keçən, öz sağlamlığını itirən, yenə də vətən sağ olsun deyib qürur tariximizi yazan ordumuzun əsgərləri Ali Baş Komandan tərəfindən nişan və ordenlərlə təltif olundular. Bu qəhrəmanlıq salnaməsində bölgələrimizin hər bir yerindən könüllü olaraq Qarabağ uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə isə sonsuz minnət duyuruq. Bizə yenidən xarı bülbül ətrini Şuşada duymağı, Qarabağ şikəstəsini məhz Qarabağda dinləməyi, tarixi abidəmiz olan Xudafərin körpüsünü bizə yenidən bəxş etdiklərinə görə onlara sonsuza qədər minnətdarıq. Tariximizdəki qan yaddaşımız artıq tarixdə zəfər tarixilə əvəz olundu. Zəfər tariximiz sizindir!

Nurlana HƏSƏNOVA

Heydər Əliyev adına tam orta

məktəbin tarix müəllimi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg