Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulmuşdur:
1. Fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;
2. 01.09.2020-ci il tarixindən sonrakı müddətdə şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə “Şagird-məzun” sisteminə daxil edilməsi mümkün olacaq;
3. Buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.