• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1968
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə6153
mod_vvisit_counterBu ay38485
mod_vvisit_counterÜmumi2505750

Tarix: 25 Apr., 2024

IV Qrant müsabiqəsi üzrə “Ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsində alqoritmləşdirmə və proqramlaşdırma təfəkkürünün formalaşması” layihəsinin birinci mərhələsi uğurla başa çatıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə keçirilən IV qrant müsabiqəsində ilk dəfə olaraq muxtar respublika müəllimləri 27 layihə ilə iştirak etmiş, onlardan 5-i uğur qazanmışdır. 2020-2021-ci tədris ilindən layihələrin icrasına başlanılıb. Həmin layihələrdən biri də “Ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsində alqoritmləşdirmə və proqramlaşdırma təfəkkürünün formalaşması” layihəsidir.

Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Nazim Rəhimovun rəhəbrlik etdiyi layihənin birinci mərhələsi artıq uğurla başa çatıb. İşinin öhdəsindən müvəffəqiyyətlə gələn Nazim müəllim deyir ki, kiçik yaşlı uşaqların düşündürücü və yaradıcı oyunlarla məşğul olmağı onların zehni inkişafına təkan verir. Deməli, müasir texnologiya mühitində doğulmuş uşaqların erkən yaşlardan proqramlaşdırma ilə tanışlığı günün aktual tələbləri sırasındadır. Bu mövzunu seçməkdə məqsədim muxtar respublika ümumtəhsil məktəblərinin informatika, ibtidai sinif və məktəbəqədər hazırlıq qruplarında dərs deyən sinif və fənn müəllimlərinin peşə hazırlığını “Scratch 3 və ScratchJr proqramlaşdırma dilləri bazasında alqoritmləşdirmə təfəkkürünün formalaşdırılması” adlı təlimlər əsasında təşkil etmək və 2020-2021-ci tədris ilində məktəblərdə hər pillə üzrə seçilmiş bir sinifdə informatika dərsinin bu layihə çərçivəsində tədris olunmasıdır. Belə ki, Scratch 3 və ScratchJr proqramlaşdırma dillərinin Scratch 1 və Scratch 2-dən fərqi, onun Azərbaycan dilində olması və 5-8 və 8-15 yaşlı uşaqların bu proqramdan geniş istifadə edə bilmələridir.

Müəllim layihənin digər məqsədlərindən biri də, Naxçıvanda geniş tanınmayan və istifadə olunmayan Scratch 3 və ScratchJr proqramlaşdırma dillərinin bundan sonra muxtar respublika təhsilində geniş tanıdılması və təbliğ edilməsinə yönəlməsi olduğunu deyir.

Layihə rəhbəri bildirir ki, layihənin ilk dəfə 18 noyabr 2020-ci ildə təqdimatı keçirilmiş, onlayn təlimlərin keçirilməsinə start verilmiş və 2020-ci ilin sonunadək hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri, saat 1930-2100 arası keçirilməsi nəzərdə tutulmuşdur. Təlimlərin birinci 30 dəqiqəsi təlimə hazırlıq, sonrakı 60 dəqiqə isə faydalı iş üçün ayrılmış və Zoom proqramı vasitəsilə aparılmışdır. Təlimlərdə muxtar respublika ümumtəhsil məktəblərində işləyən 40 informatika müəllimi və Naxçıvan Müəllimlər İnstitutunun IV kurs informatika ixtisası üzrə təhsil alan 12 tələbə iştirak edib.

Qeyd edək ki, dekabrın 25-də layihənin birinci hissəsi - müəllimlərlə təlim yekunlaşıb, 5 yanvar 2021-ci ildən isə layihənin ikinci mərhələsi – şagirdlər təlimə start veriləcək. İkinci mərhələdə 500-dən artıq şagirdin layihəyə cəlb olunacağı və muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bu proqramdan istifadənin daha çox istifadəsinə gətirib çıxaracağı danılmazdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg