• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1026
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10289
mod_vvisit_counterBu ay42621
mod_vvisit_counterÜmumi2509886

Tarix: 26 Apr., 2024

Ürəklərdə yaşayan dahi

İnsan var doğulduğu ölkəyə görə tanınır. İnsan da var doğulduğu ölkəsini dünyaya tanıtdırır. Heydər Əliyev məhz doğulduğu ölkəni dünyaya tanıdan müdrik şəxsiyyətlərdəndir. Bu dahi insan 10 may 1923-cü ildə gözəl bir yaz səhərində qədim diyarımız Naxçıvanda dünyaya göz açmışdır. Sanki anası onu bütövlükdə Azərbaycan üçün dünyaya gətirmişdi.

Azərbaycanın inkişafı, tərəqqisi və çiçəklənməsi üçün əlindən gələni edən Heydər Əliyevin arzusu memar olmaq idi. Lakin onun bu arzusu daha da irəli getdi. O, Azərbaycanın qurucusu, memarı oldu. Təəssüf ki, atası Əlirza kişi onu sevindirən bu körpənin gələcəkdə bütün türk dünyasının göz bəbəyinə çevriləcəyindən xəbərsiz idi...

Mən IX sinif şagirdiyəm. Uşaqlığımdan bəri evimizdə hər dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında maraqlı söhbətlər danışılır, müxtəlif fikirlər səsləndirilir. Böyüklərimizin xalqımızın çətin günlərini yada salaraq 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan xalqının ağır günlər keçirməsi, əhalinin vəziyyətinin, güzəranının getdikcə pisləşməsi barədə də söhbətlərini az eşitməmişəm. Tarix dərsliklərimizdən, tarixi mənbələrdən, qəzet və jurnallardan əldə etdiyim məlumatları da hər zaman diqqətimdə saxlamışam.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi... Xalqın güzəranının getdikcə yaxşılaşması, Azərbaycanın qabaqcıl dövlətlərdən birinə çevrilməsi, 1969-cu ilin ilk günlərindən təhsil və mədəniyyətin inkişafı üçün böyük addımlar atılması, respublikamızda 700-ə yaxın müasir məktəb binasının tikilməsi, azərbaycanlı tələbələrin Rusiyaya ali təhsil alması üçün göndərilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə 1978-ci ildə Rusiyanın 128 ali məktəbində 150 ixtisas üzrə 300 mindən çox azərbaycanlı təhsil alırdı. Həmin illərdə Azərbaycanda iki hərbi məktəb fəaliyyət göstərirdi. Lakin azərbaycanlı müəllim və tələbələrin sayı azlıq təşkil edirdi. Ümummilli liderimizin səyi nəticəsində bu məsələ də öz həllini tapdı.  Xalqımız bu böyük dahinin etdiyi fədakarlıqları göz önünə gətirərək hər zaman onunla fəxr edib. Ona görə də Heydər Əliyev Azərbaycan xalqına bütün qəlbi ilə inanıb və ona arxalanıb. Bu dahi insan xalqının xahiş və istəyini nəzərdən keçirərək, 1993-cü il 15 iyun tarixində ikinci dəfə hakimiyyətə gəlib. Ona görə də bu gün “Qurtuluş Günü” kimi qeyd  edilir.

Məhz ümummilli lider Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan erməni təhlükəsindən xilas edildi. Dövlət atributları bərpa olundu. Onun təşəbbüsü ilə 1991-ci ildə Naxçıvanda yaradılan Hərbi Lisey təhsil sahəsində əldə edilən ən böyük uğurlardan biridir. Birinci və ikinci Qarabağ müharibəsində Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyin yetirmələrinin qəhrəmanlıq göstərməsi ümummilli liderimizin uzaqgörən siyasi xadim, vətəninə, torpağına bağlı bir şəxsiyyət olduğunun əyani sübutudur.

Azərbaycanın inkişafı üçün əlindən gələni edən Heydər Əliyev hakimiyyətə gəldikdə demişdir: “Mən ömrümün qalan bir hissəsini xalqıma həsr edirəm. Çünki bundan sonra mənim ən böyük mükafatım xalqımın etibarını doğrultmaqdan ibarətdir”. Hakimiyyəti boyunca Ümummilli lider öz ömrünü xalqın rifahına, dövlətin çiçəklənməsinə həsr etmiş, Azərbaycanı dünya miqyasında tanıtmışdır.

2003-cü il 12 dekabr tarixində dahi şəxsiyyətin xalqı, vətəni və ölkəsinin nurlu gələcəyi üçün döyünüən ürəyi gözlənilmədən dayandı. Gözlərə yaş, qəlblərə kədər çökdü həmin gün. Ellər ağladı bu dühanın itkisinə, ayrılığına.Yox! Ölmədi bu dahi insan! Əbədiyyətə qovuşdu. Dahilər ölmür, əməlləri ilə qəlblərə köçür, orada yaşayaraq həmişəyaşar olur.

Rahat yat məzarında, əziz babamız, rahat yat! Sənin əsasını qoyduğun ənənələrin nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. İlham Əliyev ümummilli liderin yolu ilə gedərək xalqı öz arxasınca aparmağı bacardı. Azərbaycan xalqı öz sevimli Prezidenti İlham Heydər oğlu Əliyevin ətrafında yumruq kimi birləşərək bu məsələni həll etdi. Mən bu ölkənin gənci, övladı olduğum üçün qürur duyuram. Çünki mənim yaşadığım bu ölkəyə İlham Əliyev rəhbərlik edir və bu ölkənin Vətəni, torpağı üçün canından keçən və şəhidlikdən qorxmayan igidləri var.

Bəli, mən fəxr edirəm ki, azərbaycanlıyam. Çünki ölkəmizin yaşadığı sevinc dolu bu günlər Azərbaycan xalqı tərəfindən fəxrlə və qürurla qeyd edilir. Bütün guşələri ilə zəngin olan Qarabağ artıq azaddır. Üçrəngli bayrağımız Qarabağın dilbər guşələrində vüqarla, qürurla dalğalanır. Artıq Azərbaycanın 30 illik həsrətinə son qoyulmuşdur. Başını dik tut xarıbülbül! Çünki sən azadsan.Gərək biz gənclər Azərbaycanın ən gözəl mütəxəssisi kimi yetişək və onu qürurlandıraq. Lazım gələrsə, Vətəni, xaqı üçün canından keçən, Vətənə gərəkli və layiqli övladlar olaq.

Həcər Həsənova

Ordubad rayon Vənənd kənd tam

orta məktəbinin IX sinif şagirdi

“Ürəklərdə yaşayan dahi” mövzusunda

keçirilən inşa yazı müsabiqəsinin II yerinin qalibi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg