• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün648
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə3827
mod_vvisit_counterBu ay32205
mod_vvisit_counterÜmumi2462694

Tarix: 28 Mart, 2024

Məktəblilərin dram müsabiqəsinin məktəb mərhələsinə start verilib

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 11-15 yanvar 2021-ci il tarixləri əhatə edən məktəblilərin dram müsabiqəsinin məktəb mərhələsinə start verilib.

Məktəblilərin dram müsabiqəsinin keçirilməsində əsas məqsəd  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin, Azərbaycan və dünya xalqlarının, şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Görkəmli yazıçıların dram əsərlərindən parçaların səhnələşdirilməsi, şagirdlərin həmin əsərləri sadəcə oxuyub tanış olmaları deyil, hətta bunun canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələri və onların ədəbiyyata olan marağının artırılması, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradılması müsabiqənin əsas hədəflərindən biridir.

Dram əsərlərinin səhnələşdirilməsi şagirdlərdə mütaliəyə maraq oyadılmasında, nitqin inkişafında, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.

Məktəblilərin dram müsabiqəsinin əsasnaməsinə uyğun olaraq məktəb mərhələsində şagirdlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan əsərlərdən, Azərbaycan və dünya xalqlarının nağıllarından, Azərbaycan və dünya ədəbiyyatının, həmçinin müasir ədəbiyyat nümunələrinin əsasında seçilmiş əsərlərdən parçalar səhnələşdirirlər.

Qeyd edək ki, məktəb mərhələsində ən yaxşı tamaşalar müəyyənləşdirilərək rayon üzrə seçimlərə təqdim olunacaq.

Məktəblilərin dram müsabiqəsinin rayon mərhələsinin 2021-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin rayon mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg