Ayda bir dəfə olmaqla muxtar respublika ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişini təşkil etmək məqsədi ilə film nümayişi təşkil olunur. 11 yanvar 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 4, 6 və 11 nömrəli tam orta məkətblərin şagirdlərinə “Hüseyn Xan Naxçıvanski (Qayıdış)” sənədli filminin nümayişi təşkil olunmuşdur.
Rejissor Valentina Qurkalenko tərəfindən 2014-cü ildə “Salnamə” sənədli filmlər studiyası və “Lennaudsfilm” studiyası ilə birgə istehsal edilmiş filmdə Hüseyn Xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edilmişdir.
Tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunmuş filmin çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılmışdır. Film məktəblilər tərəfindən böyük maraqla izlənmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi