• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1648
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5833
mod_vvisit_counterBu ay38165
mod_vvisit_counterÜmumi2505430

Tarix: 25 Apr., 2024

Naxçıvanşünaslıq Mərkəzində açıq dərs keçirilmişdir

Naxçıvanşünaslıq Mərkəzində 13 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan dünən və bu gün” mövzusunda şagirdlər üçün açıq dərs keçirilmişdir.

Açıq dərs Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev tərəfindən aparılmışdır.

Bildirilmişdir ki, Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, tarixi abidələrinə, mədəniyyətinə, incəsənətinə qayğı da yüksək səviyyədə olmuş, tarixi abidələrin qorunması, bərpası, tədqiqi və təbliği sahəsində mühüm işlər görülmüşdür. Naxçıvanda inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi formalaşır. Bu nümunənin işığında isə yaradıcı, fəal gənclik yetişir. Müasir gənclik intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə və idmanda uğurlar qazanılır.

Vurğulanıb ki, muxtar respublikada təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təmin olunması, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmışdır. Muxtar respublikanın təhsil sahəsində hər ötən il əldə olunan uğurların daha da artması, bu sahədə hər yeni ildə yeni qərar və sərəncamların verilməsi Naxçıvan təhsilinin ildən-ilə daha da inkişafına layiqli töhfəsini verməkdə davam edir.

Sonra şagirdlərə mərkəzin fondunda olan kitablar haqqında geniş məlumat verilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg