• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün184
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə6713
mod_vvisit_counterBu ay30542
mod_vvisit_counterÜmumi2497807

Tarix: 20 Apr., 2024

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib

Yanvarın 14-də Sədərək Rayon Təhsil Şöbəsinin Təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan Nizami Gəncəvinin “Sirlər xəzinəsi”  poemasının müzakirəsi keçirilib.

Müzakirədə Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və məktəbin şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Qurban Qasımov diqqətə çatdırıb ki, qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvi ömrünün sonunadək bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi idi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz öz əksini tapır.

Bildirilib ki, Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərqin bir çox böyük şairləri  onun təsiri ilə xəmsələr yazmışdır. Xalqımız Nizaminin xatirəsini məhəbbətlə yad edir. Bakıda və Gəncədə Nizaminin abidəsi ucaldılıb, 1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş Nizami məqbərəsi tikilib. 2012-ci il aprelin 20-də isə İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevin Səfərzadə bildirib ki, Nizaminin ilk poeması olan “Sirlər xəzinəsi” (1174-1175) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Sonra isə kitabı mütaliə edən şagirdlər kitab haqqında öz fikirlərini bildiriblər.

Tədbirin sonunda oxunması zəruri olan kitabların sərgisinə baxış olub.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg