• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün565
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7094
mod_vvisit_counterBu ay30923
mod_vvisit_counterÜmumi2498188

Tarix: 20 Apr., 2024

İnsana qayğı, yüksək rifah, sabitlik və inkişaf

Şərur rayonunun Şəhriyar kəndində kompleks quruculuq işləri görülüb

Bu gün Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsi və məntiqi davamıdır. Ötən 25 ildə əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız".

Şərur rayonunun Şəhriyar kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işlər aparılıb, yol yenidən qurulub, ümumtəhsil və uşaq-musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib.

2021-ci ildə ilk məktəb binası Şəhriyar kəndində

istifadəyə verilib

Yanvarın 14-də Şəhriyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, 224 şagird yerlik ikimərtəbəli məktəbdə 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı vardır. STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer olmaqla, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 18 şagird qəbul olunub. Kitabxana fondunda 1315-i dərslik və 2213-ü bədii ədəbiyyat olmaqla, 3528 kitab vardır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlər üçün geniş mütaliə imkanları açır. Şəhriyar kənd tam orta məktəbində şahmat sinfi də yaradılıb və lazımi avadanlıqlarla təmin olunub..

Məktəbdə quraşdırılan 4 müasir elektron lövhə və 22 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir. Baxış zamanı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 200-dən çox təhsil müəssisəsi arasında keçirilən "Naxçıvan Muxtar Respublikası: inkişafın yeni mərhələsi" mövzusunda distant dərs izlənilib.

Azərbaycan Respublikasının "Əməkdar müəllimi" Sevda Seyidova minnətdarlıq edərək deyib ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir ki, ölkəmizin gələcək inkişafına layiqli töhfə verəcək ixtisaslı kadrlar yetişir.

STEAM kabinəsində şagirdlərin hazırladığı əl işləri nümayiş etdirilib, hazırlanan layihələr haqqında məlumat verilib.

Sonra Ali Məclisin Sədri müəllimlərlə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində ümumtəhsil məktəblərinin maddi-tədris bazası möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı üçün əlverişli şərait yaradılır. Ötən il Şərur rayon Muğancıq-Mehrab, Qarabürc, Babək rayon Nəcəfəlidizə, Ordubad rayon Vənənd və Culfa rayon Camaldın kənd tam orta məktəbləri, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmayıb, kitabxana fondları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunan bədii ədəbiyyatla zənginləşdirilib. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılıb. Ümumtəhsil məktəblərinin infrastrukturunun yeniləşdirilməsi nəticəsində 52 mindən çox şagirdin, 7 mindən çox müəllimin  təhsil şəraiti yaxşılaşdırılıb. Televiziya və Radio Verilişləri Redaksiyasının Təhsil Nazirliyinin tabeliyinə verilməsi muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, yeni bir mərhələ təşkil edir. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Gənc müəllim Kənarə Məmmədrzayeva çıxış edərək deyib: "Muxtar respublika müəllimləri ölkə Prezidenti və Ali Məclis Sədrinin qayğısını həmişə hiss edir. Əməkhaqları dəfələrlə artırılıb, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilib, fəxri adlara layiq görülüb, onların fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu gün Şəhriyar kənd sakinləri, şagirdlər və müəllimlər üçün olduqca qürurverici gündür. Məktəbimizdə yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına, bilikli və vətənpərvər ruhda tərbiyə olunmalarına, müəllimlərə isə daha yaxşı tədris aparmağa  geniş imkan açır". Kənarə Məmmədrzayeva Şəhriyar kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik edib, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhriyar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Şəhriyar kənd tam orta məktəbi müasir məktəblər sırasına daxil olur. Daha bir kənd məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulması həm kollektivin, həm də muxtar respublikanın həyatında əlamətdar hadisədir. Məktəbin son 5 ilinin göstəriciləri onu deməyə əsas verir ki, təhsil ocağı fəaliyyətini düzgün qurub. Yaradılan  şəraitdən sonra məktəbin nailiyyətləri daha da artacaqdır. Uğurlu fəaliyyətin nəticəsidir ki, məktəbin 2 müəllimi Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülüb. Bu böyük fəxr olmaqla yanaşı, həm də çəkilən zəhmətə, qazanılan  nailiyyətlərə verilən qiymətdir.

Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkür edərək deyib: Məktəbdə müasir tədrisin tələbləri nəzərə alınaraq, elektron lövhəli siniflər, kompüter otağı, STEAM kabinəsi, şahmat otağı, laboratoriyalar, zəngin kitabxana qurulub, internetə çıxış təmin olunub. Bu gün muxtar respublikanın ucqar kəndlərində qurulan məktəblərlə mərkəzdəki məktəblər arasında fərq yoxdur. Bütün bunlar dövlətimizin təhsilə göstərdiyi qayğıdır. Yaradılan şərait həm şagirdlər, həm də müəllimlər üçün geniş imkanlar açır. Müəllimlər dərsləri şagirdlərə qavrama üsulu ilə öyrətməli, şagirdlər də dərslərini bu yolla mənimsəyərək öz biliklərini daha da möhkəmləndirməlidirlər.

Ali Məclisin Sədri deyib: Hər bir ölkə gələcəyini uğurlu görmək istəyir. Azərbaycan müstəqil dövlətdir, onun qurucusu ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün onun yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə təhsilə dövlət qayğısı göstərilir. Gənclərin vətənpərvər yetişdirilməsi Azərbaycanın müstəqilliyinin davamlı, gələcəyinin etibarlı olmasına xidmət edir. İnkişafa gedən yol təhsildən keçir. Bütün sahələr üçün yaxşı mütəxəssis, vətənpərvər gənclər məktəblərdə yetişdirilir. Yaradılan şərait imkan verəcəkdir ki, burada yetişdirilən təhsilli gənclər ölkəmizin gələcək inkişafında iştirak etsinlər. Bu da kollektivin ölkəmizin inkişafına, gələcəyinə verdiyi töhfədir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, təhsil ocağının muxtar respublikanın nümunəvi məktəbləri sırasında öz yerini qoruyub saxlayacağına əminliyini bildirib.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq salınıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg