Yanvarın 15-də Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəblilərin dram müsabiqəsinin məktəbdaxili mərhələsinə start verilib.
Məktəblilərin dram müsabiqəsinin keçirilməsində əsas Azərbaycan və dünya xalqlarının, şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə iki ildir ki, təşkil olunan “Məktəblilərin dram müsabiqəsi” şagirlərimizin intellektual səviyyəsinin yüksəldilməsi, ədəbi-bədii təfəkkürünün formalaşdırılması, xüsusi istedad və bacarıqlarının inkişaf etdirilməsi və aktyorluq qabiliyyətlərinin üzə çıxarılmasında böyük rol oynayır. 2020-2021-ci tədris ilində də müsabiqənin keçirilməsi Sədərək rayon ümumtəhsil məktəblərininin şagirdləri tərəfindən böyük marağa səbəb olmuşdur.
Sədərək rayon ümumtəhsil məktəblərində bu müsabiqənin keçirilməsi üçün teatr qrupları təşkil olnmuş və xüsusi istedadlı şagirdlərin həmin qruplarda iştirakı təmin olunmuşdur.
Məktəblilərin dram müsabiqəsinin əsasnaməsinə uyğun olaraq məktəb mərhələsində şagirdlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan, eləcə də Azərbaycan və dünya xalqlarının əsərlərindən nümunələr əsasında seçilmiş parçaları səhnələşdirirlər.
Qeyd edək ki, məktəbdaxili mərhələdə ən yaxşı tamaşalar müəyyənləşdirilərək rayon üzrə seçimlərə təqdim olunacaq.
Müsabiqənin rayon mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçi